COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: Türkiyə İletişim Başkanlığında görüş

“COJEP International Netvork-e üzv QHT rəhbərlərinin “COJEP:Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.” Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix  COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

COJEP International Netvork-e üzv QHT rəhbərlərinin Türkiyə İletişim Başkanlığı Başkan Yardımcısı Dr. Çağatay Özdemir və Başkanlığın digər rəsmi nümayəndələri ilə görüş keçirildi. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network  və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verdi.  “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi Dr. Çağatay ÖZDEMİRe təqdim olundu. Dr. Çağatay ÖZDEMİR COJEP International Network fəaliyyətinin inkişafı istiqamətində  Türkiyə İletişim Başkanlığı tərəfindən hər cür dəstəklənəcəyini bildirdi. Görüşdə İletişim Başkanlığının digər rəsmi nümayəndələri iştirak ediblər.  Görüşdə  COJEP International Netvork  Beynəlxalq Əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb. Başkan Yardımcısı Dr. Çağatay Özdemir bu istiqamətdı Türkiyə İletişim Başkanlığı tərəfindən lazım olan dəstəyin veriləcəyi bildirilib.

 

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər.

iddalliance.org

Media service

About Author