Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında İqtisadi Zonaların İnkişafı Agentliyində beynəlxalq əməkdaşlıq imkanlarının artırılmasına dair

İqtisadi Zonaların İnkişafı Agentliyi və  Beynəlxalq Dialog və İnkişaf Alyansının, COJEP International Avrasiya Koordinatorluğu arasında yeni əməkdaşlıq imkanları, perspektivlər üzrə dəyərləndirmə toplantısı keçirilib. Görüşdə Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri, COJEP International Avrasiya ölkələri üzrə Koordinatoru Nüşabə MƏMMƏDOVA Azərbaycanda innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün yaradılan sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların salınmasının əhəmiyyətindən, həmçinin hazırda inkişafı aspektləri, xarici investorların Azərbaycanda artan maraqları və həmin maraqların Azərbaycana inteqrasiyası ilə bağlı təkliflərlə çıxış etdi. Sağlam mühütin, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq üçün yaradılan İqtisadi Zonaların İnkişafı Agentliyinin bölmə rəhbəri İlahə ABBASZADƏ, İqtisadi Zonaların İnkişafı Agentliyinin Fəaliyyət imkanları haqqında tanıtım təqdimatı etdi.

Beynəlxalq Dialog və İnkişaf Alyansının layihələr üzrə koordinatorları Esmira VƏLİCANOVA və Huseyn MƏMMƏDOV müzakirədə təkliflərlə çıxış ediblər.

 

idda media service

 

 

About Author