COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: Türkiyə AK Partiyası Qadın Qolları ilə görüş

“COJEP International Netvork-e üzvrlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

Türkiyə AK Partiyası Qadın Qolları Başkanı xanım Ayşə KEŞİR və Partiyanın digər nümayəndələri ilə görüş keçirildi. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verdi.  “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi xanım Ayşə KEŞİRə təqdim olundu. Xanım Ayşə KEŞİR, Türkiyə Prezidenti, AK Partiyanın Genel Başkanı Receb Tayyib Erdoğan tərəfindən göstərilən dəstək, AK Partiya iqtidara gəldikdən qısa müddət sonra yaradılan qadın qolları qadınların partiyadaxili işlərdə fəal rol alması və siyasətdə fəal iştirak etmək imkanı əldə etməsi, qadınların siyasətdə fəal iştirakı üçün yaradılmış müxtəlif mexanizmlər, qadın şöbələrinin təşkili və digər məsələlərlə bağlı çıxış etdi.

Türkiyə AK Partiyası Qadın Qolları Başkanı xanım Ayşə KEŞİR COJEP International Network fəaliyyətinin inkişafı istiqamətində Türkiyə AK Partiyası Qadın Qolları tərəfindən  dəstəklənəcəyini bildirdi. 

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva tərəfindən AK Partiyası Qadın Qolları Başkanı Ayşə xanım KEŞİRə layihəsini təqdim edildi. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası haqqında məlumat verildi. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihədə Azərbaycanın cənub regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur. Layihə Azərbaycanda sağlam qida və aztəminatlı ailələrdən olan qadınların işlə təmin olunmasını nəzərdə tutur.

 

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər

iddalliance.org

Media service

About Author