COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: Ankara Yıldırım Bayazit Universitetində görüş

“COJEP International Netvork-e üzvrlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

Ankara Yıldırım Bayazit Universitetinin rektoru Dr. İbrahim AYDINLI ilə görüş keçirilib. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verib. “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi Prof. Dr. İbrahim AYDINLIya təqdim olundu.

 

COJEP Avroasia Koordinatoru, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova Elm və Təhsil üzrə əməkdaşlıqların genişləndirilməsi, Azərbaycan, Avroasia və Mərkəzi Asia ölkələri, həmçinin Gürcüstan və digər ölkələrlə mübadilələrin artırılması, müəllim və tələbə transferləri və digər məsələlərlə bağlı təkliflərlə çıxış etdi. Prof. Dr. İbrahim AYDINLI COJEP International  elm və təhsil üzrə  regional və beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə Ankara Yıldırım Bayazit Universitetinin açıq olğunu bildirdi.

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər

iddalliance.org

Media service

About Author