COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: HAK-İŞ Konfederasyonu ilə görüş

“COJEP International Netvork-e üzvrlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

Türkiye Cümhuriyyeti HAK-İŞ Konfederasyonu Genel Başkanı Mahmut ARSLAN Konfederasyonun digər rəsmi nümayəndələri ilə görüş keçirilib. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network  və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verdi.  “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi Genel Başkanı Mahmut ARSLANa təqdim olundu. Genel Başkanı Mahmut ARSLAN COJEP International Network fəaliyyətinin inkişafı istiqamətində  HAK-İŞ Konfederasyonu tərəfindən hər cür dəstəklənəcəyini bildirdi.

Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf ZEYNİ tərəfindən Türkiyənin ən böyük birliklərdən biri olan HAK-İŞ Konfederasyonu Genel Başkanı Mahmut ARSLANa layihəsini təqdim olundu.  Azərbaycan Milli QHT Forumun haqqında məlumat verildi. İlkin olaraq layihə qəbul olunub, növbəti dəyərləndirmə mərhələsindədir. Layihədə Azərbaycanın cənub regionlarında fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına təşkilati-texniki xidmətlərin göstərilməsi nəzərdə tutulur.

 

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər

 

iddalliance.org

Media service

About Author