COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: MÜSIAD-da görüş

“COJEP International Netvork-e üzvrlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

MÜSIAD Ankara – Müstəqil Sənayeçi və İşadamları Dərnəyi (MÜSİAD) Genel Başkanı Hasan Fehmi YILMAZ MÜSIAD-ın digər nümayəndələri ilə görüş keçirilib. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network  və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verdi.  “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi Genel Başkanı Hasan Fehmi YILMAZa təqdim olundu.

Genel Başkan Hasan Fehmi YILMAZ COJEP International Network üzvlərinin qatıldığı “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lərin dəstəklənməsi üçün Dərnək üzvləri ilə görüşlərin keçiriləcəyini bildirdi.

Görüşdə Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva və üzrə İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin həmtəsisçiləri və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov tərəfindən layihələr təqdim olundu. Layihə, Dərnək üzvləri ilə görüşlərin keçirilməsi və dəyərləndirməsi mərhələsindədir. Layihələrdə Azərbaycanda sağlam qida və aztəminatlı ailələrdən olan qadınların işlə təmin olunması və işğaldan azad olunmuş ərazilərdə Müasir Heyvandarlıq Kompleksinin qurulması nəzərdə tutulur.

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər

iddalliance.org

Media service

About Author