COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: Türkiyə Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığında (YTB) görüş

“COJEP International Netvork-e üzv QHT rəhbərlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

Yurtdışı Türkler ve Akraba Toplulukları Başkanlığı (YTB) Başkan yardımcısı Abdulhadi TURUS və Başkanlığın digər rəsmi nümayəndələri ilə görüş keçirildi. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verdi. “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi Abdulhadi TURUSa təqdim olundu. Abdulhadi TURUS, COJEP International Network fəaliyyətinin inkişafı istiqamətində YTB tərəfindən hər cür dəstəklənəcəyini bildirdi. Görüşdə Başkanlığın Asia, Afrika və Avroasia üzrə mərkəz rəhbərləri ilə görüş keçirildi və həmin bölgələr üzrə YTB tərəfindən aparılan işlər barədə ətraflı məlumat verilib. COJEP International Netvork Beynəlxalq Əməkdaşlıq əlaqələrinin inkişafı istiqamətində müzakirələr aparılıb. Başkan Yardımcısı Abdulhadi TURUS bu istiqamətdə YTB tərəfindən lazım olan dəstəyin veriləcəyi bildirilib.

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər

iddalliance.org

media service

About Author