COJEP International Network: Könüldən Könülə Türkiyə Görüş Layihəsi

COJEP International Avroasia Koordinatorluğunun təşkilatçılığı ilə bu il 25 yanvar-20 Fevral tarixlərdə COJEP Avroasia Network-e üzv olan Azərbaycan Qeyri-Hökumət Təşkilatları arasınada “Könüldən Könülə Türkiyə Görüş Layihəsi”ndə iştirak üzere müsabiqə elan olunub.

“COJEP International, globallaşan dünyamızda ölkələr arasında dialoq və əməkdaşlıq əlaqələrinin asanlaşdırmaq və töhfə vermək gücünə inanır. Avroasia, Mərkəzi Asia, Asiya və Afrika ölkələri arasında əlaqələr və əməkdaşlıq üçün nəzərdə tutulan müsabiqələrın təşkili bu istiqamətdə öz töhfəsini verəcəkdir. Müsabiqədə iştirak etmək üçün COJEP Avroasia Netvork Azərbaycan üzv olan 22 Qeyri-Hökumət Təşkilatı müraciət edib. Qeyd edim ki, Netvork Azərbaycan üzv təşkilatların sayı 100-ə yaxındır.” Bu sözləri COJEP International Avroasia ölkələri üzre koordinatoru , Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova idda.com saytına açıqlamasında bildirib.

Nüşabə Məmmədova qeyd edib ki, “Könüldən Könülə Türkiyə Görüş Layihəsi” üzere 5 fərqli spesifik sahə müəyyənləşdirilib və hər sahə üzere bir QHT seçiləcəkdir. Layihədə iştirak edən QHT-lərin təcrübə sahələrinə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilmişdir.

  1. Həmkarlar ittifaqı fəaliyyəti ilə məşğul olan QHT-lər Türkiyənin ən böyük birlikləri HAK-İŞ ve Memur-Sen birliklərini bir araya gətirməklə ortaq iş yolları açılacaq;
  2. Qadın problemləri üzere fəaliyyət göstərən QHT-lər: Qadın birlikləri və

qadın hüquqları sahəsində çalışan layihələr üçün Türkiyənin nüfuzlu qadın qolları ilə bir araya gəlməsi təmin ediləcək.

  1. İş adamları və sahibkarlıq fəaliyyəti üzere QHT-lər: İş adamları və

sahibkarlar birliklərinin nümayəndələri Türkiyənin güclü iş adamları dərnəyi MÜSİAD KOSGEB, Kənd Təsərrüfatı və TOBB kimi təşkilatların nümayəndələri ilə bir araya gələcək.

  1. Media üzere QHT-lər: Media təmsilçi birlikləri və onların nümayəndələri TRT, AA və s. Media və tərəfdaşlıq imkanları yaradılacaq.
  2. Universitet və Universitet Birlikləri üzere QHT-lər: Universitetlər arasında əməkdaşlıq və tərəfdaşlıqları artırmaq üçün layihələri olan və tərəfdaş axtaran dərnəklər Ankarada Yıldırım Beyazıt və Hacı Bayram Vəli universitetləri ilə bir araya gələcək.

 

Layihə çərçivəsində 5 fərqli spesifik sahədə nəzərdə tutulan görüşlərlə yanaşı, müasir dünyada mühüm əhəmiyyət kəsb edən davamlı inkişaf, səhiyyə və təhsil sahələrində fəaliyyət göstərən, beynəlxalq aləmdə tərəfdaşlıq təklif edən təşkilatlarla görüşlər keçiriləcək.

“Hazırda müsabiqə başa çatrıb. Layihələrin seçiminə başlanılıb. COJEP International Fransa (mərkəz) tərəfindən 5 QHT rəhbərləri üçün 7 günlük Türkiyədə əməkdaşlıq və iş görüşmələri təşkil olunacaqdır. 5 QHT rəhbəri Türkiye  Cumhurbaşkanlığı Külliyesi, Turizm Bakanlığı Makamı, Yurtdışı Türkler ve Akraba Topluluklar Başkanlığı, TİKA- Türk İşbirliği ,KOSGEB T.C. Küçük ve Orta Ölçekli İşletmeleri Geliştirme ve Destekleme İdaresi Başkanlığı, ASELSAN, Anadolu Ajansı, QHT ve media kuruluşlarını ziyaret edecek, iqtisadi əməkdaşlıq təmin ediləcəkdir.” deyə Nüşabə Məmmədova bildirib

About Author