Ermənistan Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcək – Nüşabə Məmmədova

Cənab Prezident İlham Əliyevin növbəti qlobal təşəbbüsü nəticəsində keçirilən VIII Bakı Platforması, dünya dövlətləri qarşısında dayanan ən aktual məsələlər ətrafında fikir mübadiləsi məkanına çevirildi.

Tarixi qələbəmizin ildönümü ərəfəsində baş tutan VIII Qlobal Bakı Forumu  Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, bölgədəki reallıqların obyektiv qiymətləndirilməsi və ölkəmizin nəinki regional miqyasda, hətta dünya miqyasında böyük nüfuza mailk olduğunu nümayiş etdirdi.

İddalliance.org xəbər verir ki, bu fikirləri Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, tarix elmləri namizədi Nüşabə Məmmədova səsləndirib.

Onun sözlərinə görə, möhtərəm Prezident bütün beynəlxaq tribunalarda çıxışlarında olduğu kimi, Bakı Forumunda da ölkəmiz üçün ən aktual məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, Ermənistanın 27 il ərzində apardığı qeyri-konstruktiv siyasəti, onun status-kvonu saxlamağa çalışması, Azərbaycana qarşı yeni  işğal planları və bütün bu proseslər fonunda beynəlxalq ictimaiyyətin səssizliyi və kağız üzərində qalan BMT qətnamələrinin Azərbaycanın öz tərəfindən yerinə yetirildiyini vurguladı: “Azərbaycan öz gücünə ərazi bütövlüyünü bərpa etməsəydi, beynəlxalq ictimaiyyətin laqeyd münasibəti şəraitində bu münaqişə hələ uzun illər həllini tapmamış qalacaqdı”.

“Cənab Prezident Forumda nitqində xüsusi olaraq qeyd etdi ki, 2021-ci il sentyabrın 27-də müharibənin başlamasının əsas səbəbləri məhz Erməniastanın ziddiyyətli siyasəti, o vaxtkı status-kvonu qoruyub saxlamaq cəhdi, yeni müharibə və yeni işğal planları olmuşdur: “Ermənistan rəhbərliyinin qarşısında dəfələrlə şərt qoyuldu ki, işğal edilmiş ərazilərdən qoşunların çıxarılması ilə bağlı cədvəl versin, lakin 44 günlük müharibə, 7 min əsgərin ölümü və acı məğlubiyyət lazımıydı ki, onlar bunu başa düşsünlər.”

Prezident  post-münaqişə dövründə regionda genişmiqyaslı dövlət proqramının həyata keçirildiyini vaxtda Azərbaycanın konstruktiv təkliflərinin, slüh təşəbbüslərinin Ermənistan tərəfindən cavablandırılmaması, demarkasiya və delimitasiya işlərinə başlanmamasını xüsusi olaraq vurğuladı:  “Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir. Demək olar ki, 1 ildir ki, onlar yenə də sükut saxlayırlar. Onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər.”

Beləliklə,  Cənab Prezident İlham Əliyevin himayəsi ilə keçirilən VIII Bakı Platforması Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə, bölgədəki reallıqların obyektiv qiymətləndirilməsi və Azərbaycanın dünyadakı nüfuzunu gücləndirilməsi baxımından mühüm tarixi əhəmiyyətə malikdir”, deyə o, qeyd edib.

İddalliance.org

About Author