Türkiyədə baş redaktor öldürüldü
İstanbulda “Yeni Akit” qəzetinin baş redaktoru Kadir Dəmirəl aldığı bıçaq xəsarətlərindən dünyasını dəyişib.
İnsidentə ailə münaqişəsi səbəb olub.
Kadir Dəmirəllə qızı Əsma və kürəkəni Cəmil Yavuz Qərənfil arasında baş verən mübahisə dava ilə nəticələnib. Münaqişə zamanı kürəkən qayınatasına bıçaqla zərbə endirib.
İnsident nəticəsində baş redaktor ölüb, qızı isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə yerindən qaçan cinayətkarın axtarışları davam etdirilir. (APA)