IDDA Ümummilli Lider Heydər Əliyevin beynəlxalq neft strategiyası haqqında film çəkib: “ƏSRİN İZİ” sənədli filmi

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Beynəlxalq Dialog və İnkişaf Alyansının təşkilatçılığı ilə 23 may 2024 tarixdə Albaniyanın Tirana şəhərində Ümummilli lider, Uluöndər Heydər Əliyevin beynəlxalq neft strategiyasına həsr olunmuş “ƏSRİN İZİ” adlı sənədli filminin təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və sədri, “ƏSRİN İZİ” sənədli filminin rəhbəri Prof.Dr. Nüşabə Məmmədova, Yeni Azərbaycan dövlətinin qurucusu, Uluöndər Heydər Əliyevin beynəlxalq neft siyasətinin nəticələri və perspektivlərlə bağlı çıxış etmiş, film haqqında məlumat vermişdir.

Tədbir Beynəlxalq Dialoq və İnkişaf Alyansı, Albaniya Beynəlxalq Araşdırmalar İnstitutu (AIIS) və IRI Araşdırma Dialoq və Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib.

Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun (AIIS) icraçı direktoru xanım Alba CELA tədbirə moderatorluq etmişdir.

Tədbirin açılışından sonra “ƏSİRİN İZİ” sənədli filminin təqdimatı olub.

“ƏSRİN İZİ” sənədli filminin çəkilişləri AMEA-nın Rəyasət heyətinin binasında həyata keçirilmişdir. Filmdə fəxri qonaq olaraq AMEA-nın prezidenti, akademik İsa HƏBİBBƏYLİ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vagif ABBASOV, AR Milli Məclisinin Ailə Uşaq və Qadın məsələləri üzrə komitəsinin sədri Hicran HUSEYNOVA, BP Neft Şirkətinin vitse-prezidenti Baxtiyar ASLANBƏYLİ, Azərbaycan Respublikası Baş Nazirinin sabiq birinci müavini İzzət RÜSTƏMOV Uluöndər Heydər Əliyevin uğurlu xarici siyasətinin Azərbaycan üçün, eyni zamanda regional və beynəlxalq əhəmiyyəti  haqqında çıxış etmişlər.

Filmin nümayişindən sonra tədbir çıxışlarla davam edib.

Albaniya parlamentinin deputatı Florenc SPAHO məruzə ilə çıxış edərək Azərbaycan ilə Albaniya arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətindən, xüsusilə iqtisadiyyat, enerji, turizm və biznes sahələrində əldə olunan uğurlardan danışıb. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini bildirib.

 

IIR Araşdırma Dialoq və Əməkdaşlıq Təşkilatının direktoru Arben RAMKAJ çıxış edərək, son illər Azərbaycan ilə Albaniya arasında bütün sahələrdə, o cümlədən enerji, iqtisadi və ticarət əlaqələrinin inkişafından danışıb. O qeyd edib ki, bütün istiqamətlərdə əməkdaşlıq imkanlarının olması vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin artırılmasının vacibliyini şərtləndirir. O, xüsusi qeyd edib ki, “Biz inanırıq ki, bu tədbir ölkələrimiz arasında əlaqələrin daha da inkişafına və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək”.

Tədbirdə Azərbaycam-Albaniya arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi ətrafında çıxışlar və müzakirələrdə Albaniyanın rəsmi qurumlarından olan nümayəndələr, beynəlxalq təşkilatların nümayəndələri nümayəndələri iştirak ediblər:

Tədbirdə Azərbaycan Respublikasının Albaniyadakı səfirliyinin əməkdaşı Androkli DRALO iştirak etmişdir.

 

Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun AIIS sədri Albert RAKİPİ

Albaniya Konstitusiya Məhkəməsinin rəsmi nümayəndəsi ⁠Përparim KALO

Fransanın Albaniyada səfirinin siyasi məsələlər üzrə müşaviri Renaud DORLHİAC

Albaniya Durres Universitetinin rektoru Dr Gaqo TANKU

Albaniya Tirana Universitetinin rektoru Noela MAHMUTAJ

Albaniya Beder Universitetinin rektoru Gjergji SİNANİ

Albaniyada Beynəlxalq Ticarət Palatasının rəsmi nümayəndələrii Altin SULİNA

Albaniya İctimai Asayiş Komitəsinin sədri Renaldo HAXHİRAJ

İctimai Asayiş Komitəsinin sədri, Kəşfiyyat Analitiki Ergys MUZHAGİ

Albaniya Atlantik Şurasının prezidenti Arian STAROVA

Albaniya Qadın İnkişaf və Mədəniyyət Mərkəzinin İcraçı Direktoru Rudina COLLAKU

AlbaniyanınYunanıstan, Meksika, Türkiyə, İsrail, italiyada keçmiş səfiri Dashnor DERVİSHİ, həmçinin Albaniya Top Channel TV, Luljeta HYRA, TV Klan Media və digər nümayənlər iştirak etmişlər.

 

iddaa media service

 

About Author