Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunda Beynəlxalq Dialog və İnkişaf Alyansını prezidenti ilə görüş keçirilib
Azərbaycan Respublikaının İstanbuldakı Başkonsulluğunda Beynəlxalq Dialog və İnkişaf Alyansını prezidenti ilə görüş keçirilib.
Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və prezidenti Prof.Dr. Nüşabə Məmmədova “Dünya Dövlətlərinin Transqafqaz Siyasəti və Regional Faktorlar” mövzusunda layihə barədə məlumat verərək bildirib ki, layihənin əsas məqsədi, dünya dövlətlərinin Transqafqaz siyasətinin tarixi köklərini elmi mənbələr və turarlı rəsmi sənədlərə əsaslanaraq araşdırılması, eyni zamanda hazırkı dövrdə regional təhlükəsizliyin və xalqlar arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafının vacibliyinin təbliği, universitetlər, vətəndaş cəmiyyəti istitutları arasında əlaqələrin genişləndirilməsi, həmçinin yeni yaranan geo-siyasi və geo-iqtisadi nizamın formalaşdığı mühitdə iqtisadi-ticarət strategiyaları normasını yaradılmasına dəstək verilməsidir. Bu məqsədlə ABŞ, Avropa İttifaqı ölkələri universitetləri, beyin mərkəzləri, QHT və KİV nümayəndələri ilə ilkin razılıqlar əldə olunmuşdur.
Müzakirədə layihə mövzusunun tarixən olduğu kimi bu gün də aktuallığı, həminin önəmli əhəmiyyəti barədə fikirlər bildirilmişdir. Müzakirədə cənab konsul Zaur Allahverdi-zadə iştirak edib.
Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və prezidenti Prof.Dr. Nüşabə Məmmədova AMEA-nın elmi işçisi və Türkiyə Cümhuriyyəti İstanbul Universitetinin “Dünya Dövlətlərinin Transqafqaz Siyasəti və Regional Faktorlar” mövzusunda layihə üzrə akademik-araşdırmaçısıdır.
IDDA media service