Məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməli qoyuldu
Mayın 30-da Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin şimal-şərq hissəsində məcburi köçkün ailələri üçün yaşayış kompleksinin təməlqoyma mərasimi keçirilib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva mərasimdə iştirak edib.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kompleksin təməlini qoydu.
Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə çıxış etdi.
Sonra Baş nazirin müavini Əli Həsənov, “Paşa İnşaat” şirkətinin layihə rəhbəri Kamil Əliyev, Şuşa rayonundan məcburi köçkün Vəsilə Xəlilova çıxış etdilər.