Mançesterdə teraktı İŞİD törədib: 22 ölü, 59 yaralı

Böyük Britaniyanın Mançester şəhərində konsert zamanı törədilmiş terror aktı nəticəsində həlak olanların sayı 22 nəfərə çatıb. Daha 59 nəfərin yaralandığı bildirilir. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

TASS informasiya agentliyi xəbər verir ki, partlayış terrorçu-kamikadze tərəfindən törədilib. Terror aktının məsuliyyətini İŞİD qruplaşması üzərinə götürüb.

Baş nazir Tereza Meyin hökumətin təcili iclasını çağırdığı xəbər verilir.

05:10

Bu gecə İngiltərənin Mançester şəhərindəki “Mançester-Arena” stadionunda müğənni Ariana Qrandenin konserti zamanı iki partlayış baş verib.

“The Guardian” nəşrinə istinadən xəbər verilir ki, hadisə nəticəsində 20 nəfərin öldüyü, onlarla adamın yaralandığı bildirilir.

Britaniya polisi hadisənin terrorçu və ya terrorçular tərəfindən törədildiyini istisna etmir. Hazırda stadionda minaaxtaranlar işləyir. (Virtualaz.org)

About Author