Beyməlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova BMT-nin İnsan Haqları Şurasının prezidenti Elizabet Tixi-Fisslberqerə Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı müraciət etdi
Beyməlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova BMT-nin İnsan Haqları Şurasının prezidenti Elizabet Tixi-Fisslberqerə Dilqəm Əsgərov və Şahbaz Quliyevin hüquqlarının müdafiəsi ilə bağlı müraciət etdi. Müraciətdə deyilir, 5 il bundan əvvəl -2014-cü ilin iyulunda Azərbaycanın işğal olunmuş ərazilərində, üç nəfər azərbaycanlı məcburi köçkünlər doğulduları Kəlbəcər rayonunun Şaplar kəndində yerləşən öz valideynlərinin məzarlarını ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüşdür. Girovlardan biri öldürülmüş, digər 2 nəfər – Dilqəm Əsgərov və Şahbaz Quliyev bu günə qədər ağır fiziki və mənəvi işgəncələrə məruz qalmaqdadırlar. Müraciətdə, beynəlxalq sənədlərə, o cümlədən müharibə qurbanlarının, mülki şəxslərin müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarının tələblərinə uyğun olaraq, Ermənistan tərəfindən girovluqda saxlanılan hər iki girovun öz ailələrinə qaytarılması istiqamətində tədbirlərin görülməsinə çağrış öz əksini tapıb.
Beyməlxalq Dialoq və İnkişaf Alyansının mətbuat xidməti