Türk Şurası beynəlxalq güclərimizin birləşdirilməsinə və gələcək fəaliyyətimizə töhfə verəcək

Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, COJEP Beynəlxalq Təşkilatının Mərkəzi Asiya ölkələri üzrə Koordinatoru Nüşabə Məmmədova aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı əhəmiyyəti ilə bağlı QHT.az-a (https://www.qht.az/index.php?action=static_detail&static_id=44206) açıqlama verib.

Nüşabə Məmmədova  bildirib ki, aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı ölkələrimiz və xalqlarımız arasında mövcud dostluq və qardaşlıq münasibətlərimizin daha da inkişafı, ortaq tariximizin, tarixi türk mədəniyyətinin dünyaya tanıdırlması, həmçinin ölkələrimizlə bağlı həqiqətlərin beynəlxalq arenaya çatdırılmasını müəyyən edən yol xəritəsinin hazırlanması baxımından  mühüm əhəmiyyət kəsb edir.
Nüşabə Məmmədova  qeyd edib ki, “Türk Şurası 12 ildir fəaliyyət göstərir və dünyanın siyasi sistemində önəmli bir platformaya çevrillməkdədir. Müasir dünyada baş verən siyasi proseslər gedişində regionda və dünyada sülhün bərqərar edilməsi, xarici siyasət məsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa qarşı mübarizənin əlaqələndirilməsi; kütləvi informasiya vasitələri arasında əlaqələrin, eləcə də daha geniş miqyasda informasiya mübadiləsinin təşviq edilməsi; hüquqi məlumatların mübadiləsinin, hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi bu istiqamətdə qarşıda olan vacib məsələlərdəndir.
Uzun illərdir Türk Şurasının üzv ölkələrlərinin hər birinə qarşı təxribat xarakterli informasiya savaşı aparılır, Artıq bu kimi dezinformasiyalar siyasi kampaniya xarakteri alıb. Dünyanın güc dövlətlərinin qanunvericilik orqanlarına, parlament, senat səviyyəsində gündəmə çevrilməkdədir. Əlbəttə, Azərbaycan vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları bu kimi dezinformasiyaların qarşısının alınması, saxta məlumatların ifşa edilməsi, həqiqətlərin beynəlxalq səviyyədə işırlandırılması istiqamətində müəyyən dərəcədə fəaliyyət göstərirlər. Bu qənaətbəxş deyil, dünya mediasında mövqelərimizin möhkəmləndirilməsi üçün Türk Şurası üzv dövlətlərinin vətəndaş cəmiyyəti institutları olaraq birgə fəaliyyət göstərməliyik. Bunun üçün beynəlxalq səviyyədə tanınmış kifayət qədər təşkilati resurrslarımız var. Daxili və beynəlxalq güclərimizin birləşdirilməsi, bir araya gətirilməsi baxımından aprelin 10-da Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısı mühüm əhəmiyyət kəsb edir və gələcək fəaliyyətimizə töhfə verəcəkdir.”

About Author