“Ermənistanın məğlubiyyəti qaçılmazdır”

Son bir həftə ərzində erməni nasist qruplaşmaları dünyanın siyasi mərkəzlərində – ABŞ, Belçika, Fransa, İngiltərə, İsveç, Polşa, Hollandiya, Rusiya və digər ölkələrdə Tovuzda erməni təxribatına qarşı dinc aksiya keçirən soydaşlarımıza hücumlar təşkil edir və ciddi xəsarət yetirirlər. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Alyansın sədri qeyd edib ki, beynəlxaq qanunları kobud formada pozan, beynəlxalq konvensiyaların şərtlərinə məhəl qoymayan, beynəlxalq qətnamələrə hörmətsiz yanaşan Ermənistan və bu gün dünyanın gözü qarşısında nasist, terrorçu addımlar atmaqdan çəkinməyən erməni qruplaşmaları artıq yaşadıqları, vətəndaşı olduqları ölkələrin, o cümlədən Avropa ölkələrinin qanunlarına qarşı çıxırlar, qanunları kobud şəkildə pozurlar.

“Bu günlərdə erməni vandallarının törətdikləri cinayətlərə dair dünya mediasında, sosial şəbəkələrdə saysız video və foto materiallar yer almaqdadır. Uzun illərdir Azərbaycanda ən xırda bir məsələyə görə hətta Xarici İşlər Nazirliyi səviyyəsində ciddi tələblə reaksiya verən ölkələr, həmçinin beynəlxalq təşkilatlar az qala bütün dünyanı bürüyən erməni barbarlığına hələ ki, göz yumurlar. Lakin bu səssizliyin sonu olacağı qaçılmazdır. Düşünürəm ki, bu son, Ermənistanın təklənməsi, diplomatik, siyasi və bütövlükdə məğlubiyyəti olacaqdır”, deyə Nüşabə Məmmədova bildirib.

Müəllif: İnam Hacıyev
https://sia.az/az/news/politics/818274.html

About Author