Beynəlxalq Dialoq və İnkişaf Alyansı Los Ancelsdə erməni təxribatına dair Bəyanat yayıb

ABŞ dünyaya demokratik dəyərləri təbliğ edən bir ölkə olaraq tanınır. ABŞ-ın mərkəzi şəhərlərindən biri olan Los-Ancelesdəki mitinq zamanı ermənilərin nasist təxribatı və milli ayrıseçkiliyi yolverilməzdir.

21 iyul 2020-ci ildə ABŞ-ın Los-Anceles şəhərində təxminən beş min erməninin iştirak etdiyi mitinq Amerika polisinin müdaxiləsi ilə nəticələnib. Aqrissiv davranışlarına hakim ola bilməyən ermənilər Azərbaycanlı icma nümayəndələrinə hücum edərək, ciddi xəsarət yetiriblər. New York Times qəzetində aksiyaya müdaxilə etmək məcburiyyətində olan polis əməkdaşlarının xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumatlar dərc edilib. Los Ancels aksiyası Ermənistan radikallarının əsl terrorçu, nasist, barbar simasını göstərdi. Azərbaycanın dinc nümayişçilərinə hücum edən və yaralayan ermənilər hətta Amerika polisinin çağırışlarına da məhəl qoymayaraq onlara da ciddi xəsarət yetirib.

Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, Amerika hökumətini və Amerika hüquq-mühafizə orqanlarını erməni təxribatlarına qarşı ciddi tədbirlər görməyə çağırırıq.

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansı

About Author