Aprel şəhidlərinin xatirəsi yad edilib

Aprel döyüşləri zəfər müjdəmizdir !

Aprel döyüşlərinin ildönümü ilə əlaqədar 05 aprel 2019-cu il tarixdə Zərdab rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin, Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin nümayəndələrinin, o cümlədən gənclərin birgə iştirakı ilə aprel şəhidimiz, gizir Nurlan Abdullazadənin Təzəkənd kəndində yerləşən məzarına yürüş təşkil olunub və qəbiri önünüdə anım mərasimi keçirilib. Mərasimdə Vəfa Tekstil Şirkətinin rəhbəri Vəfa Muradzadə, “Əhalinin Sosial Müdafiəsi Naminə” ictimai birliyinin sədri İradə Rzazadə və Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova iştirak ediblər. Mərasimdən sonra   digər şəhidlərimiz Namiq Məmmədovun, Kamran Məmmədovun və Məhəmməd İsrəfilovun məzarları da ziyarət olunub.

 

About Author