BEYNƏLXALQ DIALOQ VƏ İNKIŞAF ALYANSI INSAN HAQLARI ILƏ BAĞLI AVROPA PARLAMENTINƏ  MÜRACİƏT ETDİ

BEYNƏLXALQ DIALOQ VƏ İNKIŞAF ALYANSININ

INSAN HAQLARI ILƏ BAĞLI

AVROPA PARLAMENTINƏ  BƏYANATI

Ermənistanda insan haqlarının pozulması davam edir. Ermənistanın siyasi məhbusu açlıq aksiyasından dünyasını dəyişib. Özünü demoktarik dövlət adlandıran Ermənistan, əslində beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib. Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur. Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssalıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəcüb doğurur. 17 yanvarın 2019-cu il tarixdə Avropa Parlamenti “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” – 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edib və  bloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın aclq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən Amerika və Avropa mətbatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar.

Beynəlxalq Dialoq və İnkişaf Alyansı, Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa, beynəlxalq hüquq normalarının fərq qoymadan, bərabər tətbiqinə çağırır.

 

Beynəlxalq Dialoq və İnkişaf Alyansı

About Author