Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Türkiyə səfirilə görüşdü

Beynəlxalq Dialoq və İnkişaf  Alyansının sədri, tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova Türkiyə Cümhuriyyətinin Azərbaycandakı böyük elçısi, cənab Erkan Özoral ilə görüşüb.
Bu haqda məlumatı Alyansın mətbuat xidmətindən bildiriblər.
Məlumata görə, xalqlarımızın eyni soykökə, eyni dil, eyni din və ortaq tarixi keçmişə sahib olması bu gündə möhkəm dostluq və qardaşlıq münasibətlərinin uğurlu davamı hər iki dövlətin dünyada analoqu olmayan münasibətlərdə olmasının başlıca amili olduğunu bildirən Alyansın sədri Nüşabə Məmmədova bu münasibətlərin tək region dövlətləri üçün deyil, dünya dövlətləri arasında münasibətlərə örnək olduğunu vurğulayıb.
Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın ikitərəfli əlaqələrin inkişafında güclü siyasi iradəsini qeyd edərək dövlətlərimizin hər zaman bir-birinə dəstək göstərdiyini, Türkiyənin ötən ilin iyulunda dövlət çevrilişinə cəhdin qarşısını qətiyyətlə alaraq davamlı tərəqqisini təmin etdiyini qeyd edib.
Dərin tarixi köklərə malik ölkələrimizin bütün sahələrdə əlaqələrinin günbəgün yüksəldiyini qeyd edən böyük elçi cənab Erkan Özoral Azərbaycan və Türkiyənin bir-birinə ən yaxın münasibətlərinin bundan sonrada uğurla inkişaf edəcəyini bildirib. O, Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən hər iki ölkə vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin inkişafına dəstək olacağını vurğulayıb.
Görüşdə Beynəlxalq Dialoq və İnkişaf  Alyansının sədr müavini Rauf Zeyni iştirak edib. Söhbət zamanı qarşılıqlı fəaliyyətin prioritetləri müzakirə olunub.

About Author