Nüşabə Məmmədova: “Ölkə rəhbərliyi tərəfindən qəbul olunan qətiyyətli addımlar hər bir vətəndaşı səfərbər olmağa sövq etdi”
“Koronavirus pandemiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk vaxtdan cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva tərəfindən qəbul olunan operativ tarixi qərarlar pandemiyanın ölkəmizdə geniş yayılmasının, kütləvi insan ölümünə səbəb olmasının qarşısını ciddi şəkildə aldı, infeksiyaya yoluxma sayını minimuma endirdi. Cənab Prezidentin “Biz birlikdə güclüyük” çağırışı ilə ölkədə ümummilli səfərbərlik oldu, xalq Prezident ətrafında birləşməklə görünməmiş həmrəylik nümayiş etdirdi. Bütün mümkün olan maddi imkanları epidemiya və onun fəsadlarının aradan qaldırılmasına yönəldən dövlətin atdığı addımlar ölkə ictimaiyyəti tərəfindən sevgi ilə qarşılandı. İnsanların pandemiyadan qorunması naminə bütün mexanizmlər genişmiqyaslı fəaliyyətə cəlb olundu. Açılan yeni müasir tələblərə uyğun hospitallar ilk olaraq öz imkanlarını bu istiqamətə yönəltmək məqsədilə qapılarını açdılar”
Bu barədə Versus.az-a Milli QHT Forumunun vitse-prezidenti Nüşabə Məmmədova pandemiyada vətəndaş cəmiyyətinin rolu ilə bağlı açıqlamasında bildirib.
N.Məmmədova hesab edir ki, karantin dövrü bütün tərəfləri ilə yanaşı, xalq-iqtidar birliyinin etibarlı təməl üzərində qurulduğunu, bu birliyin sarsılmazlığını bir daha sübut etdi:
“Dövlət rəhbərliyi tərəfindən COVİD-19 pandemiyası ilə bağlı həyata keçirilən siyasətə ölkəmizin vətəndaş cəmiyyəti institutlarından, o cümlədən qeyri-hökumət təşkilatlarından və kütləvi informasiya vasitələrindən birmənalı dəstək gəldi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili cənab Azay Quliyevin təşəbbüsü ilə martın 27-dən etibarən koronavirusun yayılmasının qarşısının alınmasına ictimai dəstəyi təmin etmək məqsədilə “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına başlanıldı. Ölkənin fəal vətəndaş cəmiyyəti institutları bu kampaniyaya qoşulmaqla ictimai maarifləndirmə işinə töhfə vermiş oldular. Şuranın nəzdində İctimai Qərargah yaradıldı.
Azərbaycan Milli QHT Forumu nəzdində yaradılan Koronavirusa qarşı Mübarizə Qərargahının 35 nəfərdən ibarət üzvləri Bakıda və ölkəmizin bütün regionlarında ictimai maarifləndirmə, monitorinq və nəzarət fəaliyyətini həyata keçirməkdədirlər. Beləliklə, ölkə rəhbərliyi tərəfindən qəbul olunan qətiyyətli addımlar bütün rəsmi və qeyri-rəsmi fəaliyyət sahələrini, o cümlədən dövlət qurumlarını, vətəndaş cəmiyyətini, hər bir vətəndaşı səfərbər olmağa sövq etdi. Həyatımıza karantin dövrü olaraq daxıl olan bu zaman bütün tərəfləri ilə yanaşı xalq-iqtidar birliyinin etibarlı təməl üzərində qurulduğunu, bu birliyin sarsılmazlığını bir daha sübut etdi”.
N.Məmmədova təssüflə bildirib ki, ölkəmizdə qlobal pandemiya təhlükəsinə qarşı aparılan mübarizəyə mane olmağa çalışan, hansısa xırda məişət problemlərini böyüdərək, bunun dövlətin və millətimizin mənafelərinin əleyhinə istifadə etməsinə səy göstərən siyasi qruplar var:
“Xarici havadarlarının sifarişlərinin icraçısı olan bu qruplar həm öz “donor”ları, həm də xalq arasında etibarlarını itiriblər. Onların yalan, təxribat üzərində qurulan informasiya müharibəsi sona çatıb”.
“Ermənistana qarşı sanksiyaların tətbiq olunmasının zamanıdır”
N.Məmmədova belə bir ərəfədə cəmiyyətdə təbii ki, Dağlıq Qarabağda cərəyan edən proseslərə, separatçı rejimin regionda növbəti bir təhlükəli vəziyyəti yaratmasına birmənalı olaraq etiraz etdiyini qeyd edib:
“Qarabağ bizim tarixi, əzəli torpağımızdır. Hazırda rəsmi olaraq Azərbaycan əhalisi 10 milyon nəfər təşkil edir və hər 10 nəfərdən bir nəfəri qaçqın və ya məcburi köçkündür. 30 ilə yaxındır öz doğma torpaqlarından, evlərindən didərgin düşmüş bir milyondan çox insan hər an öz vətənlərinə qayıdacağı günü, erməni işgəncələri altında saxlanılan girovlarımız, o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev qurtuluş günlərini gözləyirlər. Qarabağ problemi hər an xalqımızın ürəyində acıyan bir yaradır. Unudulması mümkün deyil.
Artıq bir neçə aydır ki, bütün dünya COVİD-19 koronavirus pandemiyasına qarşı mübarizə aparır, bütün planlaşdırılmış beynəlxalq əhəmiyyətli tədbirlər, ali səviyyəli diplomatik, rəsmi görüşlər təxirə salınıb, dayandırılıb. Dünya dövlətləri koronovirus pandemiyasına qarşı mübarizədə misilsiz fəaliyyət göstərir, insanları pandemiyadan xilas etmək üçün böyük güclər səfərbər olunub. Belə bir şəraitdə Ermənistan tərəfindən martın 31-də Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində qondarma “prezident” və “parlament” seçkilərinin keçirilməsi, həmçinin xarici ölkələrdən, beynəlxaq təşkilatlardan müşahidəçi missiyaları dəvət etməsi erməni əhalisini və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa anlama gəlmir. Bu, eyni zamanda pandemiya ilə mübarizədə beynəlxalq çağırışlara zidd olmaqla yanaşı, dünyadan təcrid olunaraq, özünəqapanmış monoetnik Ermənistan tərəfindən atılan növbəti uğursuz addım idi və bu addım beynəlxaq istimaiyyət, dünya dövlətləri tərəfindən qətiyyətlə pislənildi. 120 ölkənin birləşdiyi Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT-in Minsk Qrupunun həmsədrləri və bir çox dövlətlər Azərbaycanın işğal altında olan ərazisində keçirilən seçkilərin qanunsuz olduğunu bəyan etdilər. Bununla yanası seçki şousu ərəfəsində bəzi neqativ hallar istisna olunmadı”.
N.Məmmədova ABŞ Konqresmenlərinin separatçı rejimə təbrik məktubu ünvanlamasını da pisləyib:
“Mart ayının 19-dan etibarən Ermənistanın rəhbərliyi ilə dəvət olunmuş müşahidəçi missiyaların, həmçinin ABŞ konqresmenlərinin, o cümlədən Frenk Pallon, Ceki Spayer və Adam Şifin öz nümayəndələrini Dağlıq Qarabağda seçkiləri izləmək üçün göndərməsi Cənubi Qafqaz regionunda sülhə təhdid olmaqla yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ciddi zərbədir. Dağlıq Qarabağ ərazisində hər hansı bir seçki yalnız bu ərazinin hüquqi sakinlərini öz torpaqlarına qayıtdıqdan sonra Azərbaycan Respublikasının qanunları əsasında keçirilə bilər. Ermənistan hakimiyyəti bu reallığı dərk etməlidir və dövlət olaraq mövcud olmaq maraqlarını qrantlar hesabına deyil, regional layihələrə qoşulmaqla həyata keçirməlidir. Bunun yeganə yolu işğal etdiyi əraziləri sülh yolu ilə tərk etməsidir. Əks halda bütün regional layihələrdən təcrid olunmuş bu ölkənin perespektivi ümidsizdir, məhvə məhkumdur”. /üç nöqtə/
T.Qafarlı
Versus.Az