COJEP Beynəlxalq Təşkilatı Xocavənd rayonunda “Qurban Payı” aksiyası keçirdi – FOTO

COJEP Beynəlxalq Təşkilatı Müsəlman dünyasının mənəvi birlik və həmrəyliyinin simvolu olan müqəddəs Qurban bayramı münasibətilə 9 İyul, 2022 tarixlərdə Xocavend rayonunda   “Qurban payı” aksiyası keçirib.

Bayram münasibətilə aksiyaya sosial qayğıya ehtiyacı olan aztəminatlı ailələr, qocalar, kimsəsizlər cəlb olunublar.

Aksiya yerli İcra Hakimiyyətlərinin təşkilati dəstəyi ilə həyata keçirilib. Xocavənd şəhid ailələri ziyarət edilib.

Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, İcra Başçının müavini Azər Süleymanov, İcra Nümayəndəsi Şamil Balakişiyevlə müzakirələr aparılıb.

Bu barədə  iddalliance.org saytına COJEP Beynəlxalq Təşkilatının Avroasia ölkələri üzrə koordinatoru, Beynəlxalq Dialog və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova bildirib.

About Author