Beynəlxalq Dialoq və İnkişaf Alyansı ABŞ Prezidenti Joe BIYDEN açıqlaması ilə bağlı bəyanat verib.

Beynəlxalq Dialoq və İnkişaf Alyansı ABŞ Prezidenti Joe BIYDEN 1915-ci ildə qondarma “erməni soyqırımı” ilə bağlı açıqlaması ilə bağlı bəyanat verib. Bu darədə  Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova bildirib.

Bəyanat ABŞ Prezidenti Joe BIYDEN-e, Ağ evə və rəsmi ünvanlara göndərilib.

Bəyanatda deyilir:

“Beynəlxalq Dialoq və İnkişaf Alyansı olaraq, ABŞ Prezidenti Joe BIYDEN 1915-ci ildə qondarma “erməni soyqırımı” ilə bağlı siyasi motivlər daşıyan və bölgədəki yeni bərqərar olunmuş sülhə və əməkdaşlığa  zərər gətirən açıqlaması bizdə təəssüf hissi yaradır.

ABŞ Prezidentinin radikal erməni dairələri  və Türkiyə əleyhdarının təzyiqi altında 1915-ci il hadisələrinə dair bəyanatı qəbul edilməzdir. Türkiyəyə qarşı qarşı təhrif olunmuş tarixi ittihamların silahlandırılması yalnız cəmiyyətlər arasında nifrət, intiqam və düşmənçilik hisslərinə həvəs göstərmək istəyənlərin əlində oyna çevrilməsinə yaradılan şəraitdir. 1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır.

Türkiyə dövləti, dəfələrlə Ermənistana və dünya dövlətlərinə həmin dövrün hadisələrinin birgə tarixi komissiya tərəfindən araşdırılması barədə çağırış etmişdir. Lakin Ermənistan bu təklifi qəbul etməmişdir. Həmin dövrdə erməni silahlı dəstələri tərəfindən bir milyona yaxın əksəriyyəti qadınlar və uşaqlar olan sivil türk-müsəlman əhalisinin kütləvi öldürülməsi, həmçinin erməni daşnakların 1918-ci ilin martında Bakıda və Azərbaycanın digər regionlarında törətdikləri kütləvi qırğınlar, son 30 ildə Ermənistan silahlı qüvvələri tərəfindən 30 mindən çox dinc sakinin, o cümlədən Xocalıda 613 günahsız insanın soyqırımı edilməsi bu günə qədər susqunluqla qarşılanır.

Noyabr 2020, region dövlətləri razılaşmalarına əsasən, 30 illik münaqişədən sonra bölgədə sülh və əməkdaşlıq meyllərinin artdığı zamanda, ABŞ Prezidentinin bəyanatı, ölkələr və xalqlar arasında  qütbləşməyə səbəb olacaqdır.”

IDDA MƏTBUAT XİDMƏTİ

About Author