Nüşabə Məmmədova Qırğızıstan səfirliyində görüşdə olub.

Fevralın 4-də, Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova Qırğızstan Respublikasının Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri vəzifəsini icra edən cənab Mukhamed LOU ilə görüşüb. Görüşdə 25-27 may 2021 tarixlərdə Bakıda keçiriləcək Birinci Avroasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında müzakirələr aparılıb. Nüşabə Məmmədova Birinci Avrasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında məlumat verərək bildirib ki, təşkil olunacaq Forumda Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri ilə yanaşı Qırğızstandan rəsmi dövlət nümayəndələri, elm, mədəniyyət, QHT, media və digər nümayəndələrinin iştirakı nəzərdə tutulub. Cənab Mukhamed LOU Forumun keçirilməsinin xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına  əhəmiyyətli töhfə olacağını bildirib.

Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova tərəfindən cənab Mukhamed LOU ”COJEP DIPLOMATIQUE” jurnalları və “CIVIL SOLİDARİTY FORUM” tanıtım CD təqdim edilib.

Görüşdə xatirə şəkli çəkilib.

About Author