Nüşabə Məmmədova Türkmənistan səfiri Mekan ISHANGULYYEV ilə görüşüb

Yanvarın 22-də, Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova Türkmənistan Respublikasının Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri cənab Mekan ISHANGULYYEV ilə görüşüb. Görüşdə 25-27may 2021 tarixlərdə Bakıda keçiriləcək Birinci Avroasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında müzakirələr aparılıb. Nüşabə Məmmədova Birinci Avrasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında məlumat verərək bildirib ki, təşkil olunacaq Forumda Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri ilə yanaşı Türkmənistandan rəsmi dövlət nümayəndələri, elm, mədəniyyət, QHT, media və digər nümayəndələrinin iştirakı nəzərdə tutulub. Səfir Mekan ISHANGULYYEV Forumun keçirilməsinin xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına  əhəmiyyətli töhfə olacağını bildirib.

Görüş zamanı səfir Mekan İŞANQULYYEV, Jojep Beynəlxalq Avrasiya Ofisinin rəhbəri Nüşabə MAMMADOVA-ya Türkmənistan Prezidenti Qurbanqulu BERDIMUHAMEDOV-un “Türkmənlərin Ruhani Dünyası” kitabını hədiyyə edib.

Görüşdə Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova tərəfindən cənab səfir Mekan ISHANGULYYEV ”COJEP DIPLOMATIQUE” jurnalları və “CIVIL SOLİDARİTY FORUM” tanıtım CD təqdim edilib.

Görüşdə xatirə şəkli çəkilib.

About Author