Nüşabə Məmmədova Pakistanın Azərbaycandakı səfiri ilə görüşdü

Bu gün yanvarın 7-də Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova Pakistan Respublikasının Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri cənab Bilal HAYEE ilə görüşüb. Görüşdə 25-27may 2021 tarixlərdə Bakıda keçiriləcək Birinci Avroasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında müzakirələr aparılıb.

Nüşabə Məmmədova Birinci Avrasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında məlumat verərək bildirib ki, təşkil olunacaq Forumda Türkiyə, Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri ilə yanaşı Pakistandan rəsmi dövlət nümayəndələri, elm, mədəniyyət, QHT, media və digər nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Səfir Bilal HAYEE Forumun keçirilməsinin xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına  əhəmiyyətli töhfə olacağını bildirib.

Görüşdə Cojep Beynəlxalq Təşkilatının Avroasiya ölkkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova tərəfindən cənab səfir Bilal HAYEE ”COJEP DIPLOMATIQUE” jurnalları və “CIVIL SOLİDARİTY FORUM” tanıtım CD təqdim edilib.

Görüşdə xatirə şəkli çəkilib.

About Author