İlham Əliyev parlamentdə çox mühüm məqamlara toxundu

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatların mühüm cəhətlərindən biri də 2018-ci ildən başlayaraq bütün səviyyələrdə-prezident, parlament, bələdiyyələrə keçirilən seçkilərin beynəlxalq standartlar çərçivəsində həyata keçirilməsininin təmin edilməsidir.”

Bu fikri iddalliance.org saytına açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.

Onun sözlərinə görə, siyasi sahədə həyata keçirilən islahatların nəticəsi olaraq, diqqəti çəkən əsas məqamlardan biri də ilk dəfə Parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələrin qanunvericilik hakimiyyətinin rəhbər heyətində təmsil olunmasıdır.

Prezident İlham Əliyevin parlamentin ilk iclasında çıxışında qeyd etdiyi kimi, Azərbaycanda çoxpartiyalı sistemin inkişaf etməsi iqtidar partiyanın diqqətində olan məsələlərdən biridir.

Möhtərəm Prezidentimizin bu mövqeyi demokratik cəmiyyətin inkişafı istiqamətində ölkə rəhbərliyinin siyasi iradəsini əks etdirməsi ilə yanaşı, milli maraqlarımızın qorunmasında, milli məsələlərin həllində bütün siyasi təşkilatların vahid siyasi qüvvə olaraq çıxış etməsinə yaradılan ən yüksək münbit şəraitdir. Bu, eyni zamanda iqtidar tərəfindən siyasi partiyalara yönəlik siyasətin yeni mərhələsini əsk etdirən mühüm faktlardan biridir.

Nüşabə Məmmədova bildirib ki, “Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Ölkədə dinamik kadr islahatları aparılır. Son müddət ərzində Azərbaycan Respublikası Prezident Administrasiyasının demək olar ki, yenidən təşkili, cənab Prezidentin qeyd etdiyi kimi, xüsusi şöbənin Siyasi Partiyalar və Qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbəsinin yaradılması köklü siyasi və kadr islahatlarının məntiqi davamıdır. Parlamentə seçki ərəfəsində qısa müddətdə şöbənin 45-dən artıq siyasi təşkilat rəhbərliyi ilə görüşünün keçirilməsi, partiyalararası dialoqlarun yaradılması istiqamətində fəliyyəti milli məclisin çoxpartiyalı sistem olaraq formalaşmasının meyarıdır.”

iddalliance.org

About Author