“Regional münaqişələrin həllində vətəndaş cəmiyyətinin rolu” mövzusunda onlayn-zoom konfransı keçirilib.
Konfransı giriş sözü ilə Cojep Beynəlxalq Təşkilatının BMT-də (Cenevrə) koordinatoru Dudu Keles açaraq konfrans iştirakçılarını salamlayıb.
Cojep Beynəlxalq Təşkilatının Rusiya, Gürcüstan, Mərkəzi Asiya ölkələri üzrə Azərbaycan nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova öncə Cojep Beynəlxalq Təşkilatı haqqında məlumat verərək bildirib ki, Cojep Beynəlxalq Təşkilatı “Ədalət, Bərabərlik və Sülh Şurası” 1985-ci ildə Fransada yaradılıb və mərkəzi ştab-qərargahı Fransanın Strasburq şəhərində yerləşir. Cojep Beynəlxalq Təşkilatı, BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC), UNESCO, Avropa Şurası, OECD və digər nüfuzlu beynəlxalq təşkilatlarında məsləhətləşmə statusuna malikdir və Avropa Parlamenti və ATƏT tərəfindən akkreditə olunmuşdur. Cojep Beynəlxalq Təşkilatı, Avropanın 14 ölkəsində, eyni zamanda Asiya, Afrika və ABŞ-da fəaliyyət göstərir.
Nüşabə Məmmədova konfransın müzakirə mövzusu ilə bağlı bildirib ki, regional konfliktlər müasir dünyanın ən böyük problemlərindəndir. Hazırda dünyanın demək olar ki, hər tərəfini əhatə edən 50-dən münaqişə ocağı mövcuddur. Hərbi münaqişələrdə döyüş meydanına çevrilən yaşayış məskənlərinin dağdılması nəticəsində milyonlarla insan qaçqına və məcburi köçkünə çevrilir. Hazırda regional münaqişələr nəticəsində dünyadakı qaçqınların sayı 80 milyon nəfərə çatıb. O, bildirib ki, münaqişələrin həllində vətəndaş cəmiyyətlərinin rolu danılmazdır. Lakin bir çox münaqişələr vardır ki, həmin münaqişələrin həllində xalq diplomatiyasının fəaliyyəti nəticəsiz qalır. Sonra Nüşabə Məmmədova tədbir iştirakçılarına son 30 il müddətində Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinin nəticələri barədə, bu müddət ərzində aparılan beynəlxalq danılıqlar prosessindən sonra Azərbaycan Respublikası Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bu müharibədə parlaq qələbəsı, Azərbaycan torpaqlarının işğaldan azad olunması barədə məlumatları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfransda Kazakstan ARGO Assosiasiyasının rəhbəri Madina İbrahimova, Türkiyə İstanbul Universitetinin Professoru Halil Bal, Gürcüstan Hüquqşünaslar Birliyinin üzvü, hüquqşünas George Tsobekhia, Kazakıstan siyasi şərhçi Daniyar Kasımov və digər şəxslər məruzə ilə çıxış ediblər.
Konfrans materialları “COJEP DIPLOMATIQUE” jurnalında dərc olunacaqdır.
Cojep Beynəlxalq Təşkilatının Azərbaycan nümayəndəliyinin
Mətbuat Xidməti