“Son təxribatlar “məzlum” erməni idelogiyasının iflasıdır” ÖZƏL-ŞƏRH
“Ermənistan silahlı qüvvələrinin 12-16 iyulda Tovuz istiqamətində təxribatına etiraz olaraq, dünyanın müxtəlif ölkələrində dinc və icazəli etiraz nümayişi keçirən azərbaycanlılar radikal erməni qüvvələrinin aqressiv təxribatçı hərəkətləri ilə qarşılaşmalı olublar. Son həftə ərzində dünyanın siyasi mərkəzlərində -ABŞ, Belçika, Fransa, İngiltərə, İsveç, Polşa, Hollandiya və Avstraliyanın mərkəzi şəhərlərində ermənilərin əsl terrorçu, nasist, barbar siması ifşa olunub. İndiyə qədər özlərini dünyaya “yazıq” simasında təqdim etməyə çalışan erməni razikalizmi azərbaycanlıların dinc etirazçılarına qarşı terrorçu hərəkətləri ilə öz “məzlum” simasından imtina etmək məcburiyyətində qalıb, hətta Amerika polislərinə hücum edərək ciddi xəsarət yetiriblər.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədri vurğulayıb ki, bu son təxribatlsr hazırkı dövrə qədər dünya diplomatiyasında olan “məzlum” erməni idelogiyası platformasının iflası deməkdir.
“Los-Ancelesdəki yüzlərlə erməninin törətdikləri terror hadisəsi Azərbaycan Respublikasının Baş Konsulluğunun qarşısında baş verdi. Daha nə baş verməlidir ki, beynəlxalq təşkilatlar və dünya dövlətləri Ermənistana ciddi sanksiyalar tətbiq etsinlər, bu işin təşkilatçıları və iştirakçıları olan erməni terror təşkilatları ali məhkəmələrdə mühakimə olunsunlar? Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq azərbaycanlıların beynəlxalq hüquq normalarına əsasən erməni işğalına son qoyulması ilə bağlı keçirdikləri dinc nümayişlər təqdirəlayiqdir və sakini olduqları hər bir ölkənin hüquq-mühafizə orqanları onların təhlükəsizliyini təmin etməyə borcludur. İndi artıq ermənilərə həmin ölkələrin ali qanunvericiliyi və beynəlxalq təşkilatların ciddi münasibət bildirilməsi üçün real faktlar gündəmdədir. Beynəlxalq Dialoq və İnkişaf Alyansının son hadisələrlə bağlı beynəlxalq təşkilatlara bəyanatı göndərilib, erməni təxribatlarına qarşı ciddi tədbirlər görməyə çağırış edilib. Ümid edirik ki, etdiyimiz müraciətlər beynəlxalq qanunlar çərçivəsində öz həllini tapacaq, dünyada erməni terroruna, nasizminə son qoyulması istiqamətində addımlar atılacaqdır”, deyə Nüşabə Məmmədova bildirib.