Quba Soyqırımı Memorial Kompleksi ziyarət olunub
Azərbaycanlıların soyqırımının 101-ci ildönümü ilə bağlı martın 31-də Azərbaycan Milli QHT Forumu, Demokratik Seçki Mərkəzi, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Beynəlxalq Dialoq və İnkişaf Alyansı, MQF Quba QHT Resurs və Təlim Mərkəzi təşkilatçılığı ilə Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilib. Ziyarətdə 36 QHT rəhbəri iştirak edib.
Ziyarət iştirakçıları Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət edib və önünə gül dəstələri düzüblər. İştirakçıları Quba Soyqırımı Memorial Kompleksində 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.
1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasını müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın. Soyqırım nəticəsində 50 mindən çox azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeüyd olunur