Beynəlxalq Mətbuat Mərkəzində “Fransada İnsan Hüquqlarına dair İctimai dinləmələr” mövzusunda ictimai dinləmələr keçirildi. İçtimai dinləmələrin təşkilatçıları Beynəlxalq İnsan Hüquqlarının Müdafiə Komitəsinin Azərbaycan nümayəndəliyi, Beynəlxalq Dialoq və İnkişaf Alyansı və İçtimai Siyasi Proseslər Beynəlxalq Əlaqələr Mərkəzi olmuşdur. Tədbiri giriş sözü ilə açan İçtimai Siyasi Proseslər Və Beynəlxalq Əlaqələr Mərkəzinin sədri Samir Adıgözəlli Fransada İnsan Hüquqlarına dair içtimai müzakirənin təşkil olunması zərurətindən danışdı. O, keçən günlərdə Fransada baş vermiş ixtişaşlar zamanı hökumət qüvvələrinin nümayişçilərə qarşı tətbiq etdiyi qeyri-bərabər gücdən və beynəlxalq təşkilatların bu olaylara səssiz yanaşmasından ətraflı olaraq iştirakçılara məlumat verdi.
Daha sonra BİHMK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri Dr.İsmayıl Ağayev çıxış edərək illərdir həm Fransanın həm də Qərb ölkələrinin Azərbaycana qarşı ədalətsiz mövqe göstərdiklərini, bir milyondan artıq Azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını gözardı edən beynəlxalq təşkilatları Ermənistanı qınamağa çağırdı.
Tədbirin təşkilatçılarından olan Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova çıxış edərək Fransanı Avropa və Xarici İşlər Nazirliyinin sözcüsü tərəfindən verilən bəyənatın əsassız olduğunu, əsil həqiqətdə isə Fransada nümayişçilərə qarşı baş verən zorakılıq və şiddət halları haqda faktların beynəlxalq içtimaiyyətə çatdırılmalı və qiymət verilməlidir bildirdi.
Daha sonra tədbirdə iştirak edən Milli QHT forumunun prezidenti Rauf Zeyni öz çıxışında Azərbaycanın demokratiya dəyərlərinə bağlı olduğunu, İnsan hüquq və azadlıqlarının təmin edildiyini, lakin Fransa və bu kimi dövlətlərin inkişaf etməkdə olan dövlətləri əzmək prinsipi ilə yanaşdığını qeyd etdi.
Tədbir iştirakçılarından daha sonra əməkdar jurnalist Azər Həsrət, BİHKM-nin Azərbaycan Nümayəndəlinin sədr müavini Elçin Axundzadə, İranlı Mühacirlər cəmiyyətinin sədri Firudin İbrahim, MQF BQD-nin sədri Səbinə Qəhrəmanova, Hüquq eksperti Elçin Quliyev və başqaları çıxış edərək, illərdir Azərbaycanın haqlı mövqeyini müdaifə etmək əvəzinə, İşğalçı Ermənistana dəstək verən Fransanı qınadıqlarını və bu ölkədə keçən günlərdə baş verən nümayişlər zamanı hökumət qüvvələrinin həyata keçirdiyi şiddət və zorakılığı Fransanın demokratiya sahəsində əsl üzünü ortaya qoyduğunu bildirdilər. İçtimai dinləmərdə Rusiya və Tacikistan səfirliyini nümayəndələri QHT və media təmsilçiləri iştirak etmişdir.