Beynəlxalq Dialoq və İnkişaf Alyansından Avropa Parlamentinə müraciət
Beynəlxalq Dialoq və İnkişaf Alyansından Avropa Parlamentinə müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
“Ermənistanda insan haqlarının pozulması davam edir. Ermənistanın siyasi məhbusu açlıq aksiyasından dünyasını dəyişib. Özünü demoktarik dövlət adlandıran Ermənistan, əslində beynəlxalq qanunlara məhəl qoymayan, insan haqlarının pozulduğu bir məkana çevrilib. Bu gün dünyanın aparıcı təşkilatlarının, həmçinin AŞPA-nın, Avropa Parlamentinin, ATƏT və digər beynəlxalq təşkilatların “innovasiyalar ölkəsi” adlandırdığı Ermənistanda nəinki demokratiyadan, hətta qanunun aliliyindən belə bəhs etmək üçün əsaslı səbəb yoxdur.
Azərbaycanda seçkilərin keçirilməsinə, insan haqları ilə bağlı məsələlərə böyük həssalıqla yanaşan beynəlxalq qurumlar, Ermənistanda insan haqlarının kobud şəkildə pozulması, günahsız insanların həbs olunması, seçki prosesinin saxtalaşdırılması və digər məsələlərə etinasızlıq göstərilməsi təəccüb doğurur.
17 yanvar 2019-cu il tarixdə Avropa Parlamenti “Azərbaycanda vəziyyət və Mehman Hüseynovun işi” – 2019/2511 saylı, reallığı əks etdirməyən, əsassız qətnamə qəbul edib və bloger Mehman Hüseynovun işini diqqətə alır. Lakin bu gün “Erməni Qartalları: Vahid Ermənistan” partiyasının sədr müavini, siyasi məhbus Mger Yegiazaryanın aclq aksiyasından ölüm xəbəri bütün dünya, o cümlədən Amerika və Avropa mətbatında yayılmasına baxmayaraq, beynəlxalq təşkilatlar məsələni sükutla qarşılayırlar.
Beynəlxalq Dialoq və İnkişaf Alyansı Avropa İttifaqı Parlamenti üzvlərini Cənubi Qafqaz regionunda ikili standartlara son qoymağa, beynəlxalq hüquq normalarının fərq qoymadan, bərabər tətbiqinə çağırır”.