Yasamaldakı yataqxanada yanğın: 33 nəfər təxliyə olundu
Fövqəladə Hallar Nazirliyi (FHN) iyunun 7-də günorta saatlarında Yasamal rayonunda məcburi köçkünlərin yaşadığı yataqxanada baş verən yanğınla bağlı məlumat yayıb.
FHN-dən bildiriblər ki, paytaxtın Yasamal rayonunda beşmərtəbəli yataqxana binasında ayrı-ayrı vətəndaşlara məxsus ümumi sahəsi 282 kvadratmetr olan mənzillər 101 kvadratmetr sahədə yanıb. Yanğın zamanı 33 nəfər sakin təxliyə olunub, 3 nəfər xilas edilib. Binanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.