Məhərrəm Əliyev nazir müavini təyin olundu
Məhərrəm Əliyev ədliyyə nazirinin müavini təyin edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bu gün müvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, M.Əliyev buna qədər Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsində işləyib.