LAYİHƏLƏR

                                                        21 noyabr 2017-ci il (2-ci tədbir)
“Əsir və irov götürülmüş Azərbaycan vətəndaşlarinin hüquqlarının beynəlxalq müdafiəsi” mövzusunda layihənin icrasına 01 avqust 2017-ci il tarixdə başlanılmışdır. Tədbirin təşkili məqsədilə Brüsseldə müvafiq təşkilat və nümayəndəliklərə, o cümlədən Azərbaycanın Belçikadakı səfiriri cənab Fuad İsgəndərova,, Azərbaycan-Belçika Dostluq cəmiyyətinin sədri Ayxan Dəmirçiyə, Azərbaycan-Türk Kültür Dərnəyinin  rəhbəri İlhan Aşkına, Belçika Türk Federasyon Genel Başkanı Ömər Zararsıza, həmçinin Brüsseldə fəaliyyət göstərən bir neçə KİV  və QHT nümayəndələrinə tədbirin təşkili ilə bağlı müraciətlər olunmuş, telefon danışıqları aparılmışdır.

Layihə çərçivəsində Brüsseldə tədbirlə bağlı Azərbaycan dövlət orqanları nümayəndələrinə məlumat, eyni zamanda dəstək məqsədilə məktub göndərilmişdir, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına,  Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənova, Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Elmar Məmmədyarova, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri cənab Mədət Quliyevə, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, cənab Əli Həsənova,  Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri, cənab Nazim İbrahimova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Elmira xanım Süleymanovaya və digər şəxslərə məktub göndərilmişdir.

Layihə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Qaçqınların, məcburi köçkünlərin problemləri, miqrasiya və beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Qurban Sadıqov, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin katibi Arif Məmmədov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman), Elmira xanım Süleymanova, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin aparatının rəhbəri cənab Nəriman Qurbanov və Komitənin İnformasiya şöbəsinin müdiri Elşad Miraləm, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov və İşçi qrupunun üzvü Emin Ağayev və digər dövlət orqanlarının nümayəndələri ilə layihə ilə bağlı görüşlər keçirilmişdir. Hər bir dövlət qurumu nümayəndələri öz səlahiyyətləri daxilində layihəyə dəstək olumuşdurlar.

Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən müvafiq xarici ölkə səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə görüş üçün məktublar göndərilmişdir, o cümlədən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfiri, cənab  Robert Sekuta,  Almaniyanın  Azərbaycan Respublikasındakı səfiri cənab Mixael Kindsqrab, Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Malena Mard, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan Nümayəndəliyinin  rəhbəri xanım Elena Aymone Sesera, Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi cənab Qulam İsakzai, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfiri, cənab Karol Kroftsa, Fransa Respublikasının Azərbaycan Respublikasındakı səfiri, xanım Orelia Buşezin, Türkiyə Cümhuriyyətinin Azərbaycan Respublikasındakı səfiri, cənab Erkan Özoral, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri, cənab Vladimir Doroxin, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı səfiri,  cənab Teymuraz Şaraşenidze, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri, cənab Cavad Cahangirzadəyə məktubla müraciət olunmuşdur.

Layihə üzrə Beynəlxalq təşkilatlara müraciətlər göndərilmişdir, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Prezidenti cənab Peter Maurer, NATO-nun Baş Katibi cənab Jens Stoltenberg, ATƏT-in Baş katibi cənab Tomas Graham, BMT-nin Baş Katibi Antonio Guterres, Avropa İttifaqı Parlament Assambleyasının Prezidenti xanım Anne Brasseurə Ermənistan silahlı qüvvələri tərəfindən əsir və girov götürülmüş azərbaycanlıların vəziyyəti  ilə bağlı müraciətlər olunmuşdur.  

Layihə üzrə 2014-cü il iyulunda Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş şəxslərin ailə üzvləri ilə görüşlər keçirilmişdir və hal-hazırda bu əlaqələr davam etdirilir.

Layihə üzrə Brüsseldə keçiriləcək tədbirdə sərginin təşkili və iştirakçılara təqdim olunması üçün buklet hazırlanmışdır. Bukletin mətn və dizayn forması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsul şəxsləri tərəfindən baxılaraq təsdiq edilmişdir. Buklet 1.000 (min) nüsxədə çap olunmuşdur.

Layihə video-çarx və slayd hazırlanmışdır.  Disk formatında 100 nüsxədə çap olunmuşdur.

Layihə üzrə tədbir iştirakçılarına təqdim olunması üçün  müraciət hazırlanmışdır. Müraciət 100 nüsxədə çap olunmuşdur.

Layihə üzrə tədbirin banneri hazırlanmışdır.

1-ci tədbir:

Noyabrın 20-də Avropa Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Belçikanın paytaxtı Brüsseldə “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda keçirilən Beynəlxalq Forumda iştirak etdik.  Qeyd edək ki, Forumda  ictimai-siyasi xadimlər, Avropadakı Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, elm xadimləri və KİV əməkdaşlarından ibarət 200 nəfərə yaxın nümayəndə iştirak edirdi. Tədbir çərçivəsində görüşlər  keçirilmiş,  disklər, bukletlər və müraciətlər təqdim olunmuşdur.

2-ci tədbir:

Tədbir Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi və Belçika Türk Federasyonunun təşkilati dəstəyi ilə həyata keçirilmişdir.  Tədbirdə Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyinin nümayəndələri Səbuhi Qasımov, Samir Əmiraslanov və Nərgiz Tağızadə, Belçıkada Türk Federasyonu başkanı Ömər Zararsız, Türk Sivil Toplum Kurumu başkanı İlhan Aşkın və digərQHT və KİV nümayəndələri iştirak etmişdirlər.  Tədbirdə layihə üzrə hazırlanmış film izlənilmiş, həmçinin layihədə nəzərdə tutulmuş filmin diskləri və bukletləri, əsir və girovlarla bağlı foto sərgi nümayiş olundu
 LAYİHƏ: İrəvan 100 il: tarixi həqiətlər və beynəlxalq münasibətlər

“İrəvan 100 il: tarixi həqiətlər və beynəlxalq münasibətlər” mövzusunda layihənin icrasına 08 may 2018-ci il tarixdə başlanılmışdır. Layihə çərçivəsində Stokholmda tədbirin təşkili məqsədilə Azərbaycanın İsveç Krallğındakı səfiri, cənab Adiş Məmmədova, İsveç Krallığında Azərbaycan Naminə Təşkilatının sədri, cənab Nadir Hollenbranda  və İsveçdə fəaliyyət göstərən digər KİV  və QHT nümayəndələrinə məktublar göndərmiş və telefon danışıqları aparılmışdır.

İsveç Krallığının Stokholm şəhərində tədbirin keçirilməsi ilə əlaqədar olaraq, Azərbaycan dövlət orqanları nümayəndələrinə-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına,  Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri cənab Əli Həsənova, Azərbaycan Resəpbubulikasının Baş Naziri, cənab Novruz Məmmədova, Azərbaycan Xarici İşlər Naziri, cənab Elmar Məmmədyarova, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitəsinin sədri, cənab Fuad Muradova məktub göndərilmişdir.

Layihə çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş üzrə sektor müdiri, cənab Qafar Əliyevlə,  həmin şöbənin baş məsləhətçisi, cənab Rasim Mirzəyevlə, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar və Sosial Məsələlər üzrə şöbəsinin müdiri, cənab Musa Ələkbərovla və digər dövlət orqanlarının nümayəndələri ilə layihə ilə bağlı görüşlər keçirilmişdir. Hər bir dövlət qurumu nümayəndələri öz səlahiyyətləri daxilində layihəyə dəstək olmuşdurlar.

İsveç Krallığı Stokholm şəhərində keçiriləcək “İrəvan 100 il: tarixi həqiətlər və beynəlxalq münasibətlər” adlı tədbir üçün lazım olan vəsaitlərin, xüsusilə İrəvanın Ermənistana siyasi mərkəz olaraq verilməsi ilə bağlı sənədli filmin və bukletin hazırlanması üçün materialların toplanması məqsədilə, 3 ay müddərində Azərbaycan Dövlət Tarix Arxivində, Azərbaycan Respublikası Dövlət Arxivində, M.F.Axundov adına Azərbaycan Milli Kivtabxanasının Arxivində və Baş Fondunda mövzu üzrə araşdırmalar aparılmış və bir çox qiymətli sənədlər əldə olunmuşdur. Həmin sənədlərdən filmin və bukletin hazırlanmasında istifadə edilmişdir. Bütün vəsaitlər ingilis dilinə tərcümə olunmuşdur.

Layihə üzrə hazırlanmış bukletin mətni və dizayn forması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsul şəxsləri tərəfindən baxılaraq təsdiq edilmişdir. Buklet 600 (altı yüz) nüsxədə çap olunmuşdur.

Layihə üzrə video-çarx (sənədli film) hazırlanmışdır. Sənədli filmin mətni və çəkiliş forması Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının məsul şəxsləri tərəfindən baxılaraq təsdiq edilmişdir. Disk 100 nüsxədə çap olunmuşdur.

Layihə üzrə tədbirin banneri hazırlanmışdır.

1-ci tədbir:

Sentyabrın 20-də Stokholmda olmuş və həmin gün layihə ilə bağlı işin icrasına başlanılmışdır. Həmin gün saat 15:00-da “İsveç Kralığında Azərbaycan Naminə” təşkilatının  sədri, cənab Nadir Hollenbrand və onunla bərabər olan “İsveç Krallığında Azərbaycan Mədəniyyət Mərkəzi”nin, həmçinin “İnternational Media and Movie” qrupunun rəhbəri Rahim Telman Sadıqbəyli ilə görüş olmuşdur. Görüş zamanı növbəti gündə –  sentyabrın 21-də keçiriəcək tədbirlə bağlı müzakirələr aparılmışdır. Tədbirin yerli sayt və facebook səhifələrində elan olunduğu kimi,  21 setyabr saat 18:00-da keçirilməsi öncədən planlaşdırılmışdır.

Sentyabrın 21-də Azərbaycanın İsveç Krallığındakı səfiri, cənab Adiş Məmmədovla səfirliyin ofisində əvvəlcədən təyin olunmuş görüş olmuşdur. Cənab səfirə layihə üzrə 4 ədəd buklet və bir ədəd sənədli filmin diski təqdim olunmuş, layihə ilə bağlı məlumat verilmişdir. Görüşdə Rahim Telman Sadıqbəyli iştirak etmişdir. 

Sentyabr ayının 21-də saat 18:00-da İsveç Krallığının Svtokholm şəhərində “Sollentuna Havbud Bibliotekshuset” kitabxananın konfrans zalında “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” mövzusunda tədbir həyata keçirilmişdir. Layihə çərçivəsində hazırlanan vəsaitlərin – sənədli film (disklərdə), buklet, banner və s. tədbirdə sərgisi təşkil olunmuşdur.

Tədbirdə layihə çərçivəsində hazırlanmış sənədli film – video-çarx nümayiş olundu, həmçinin layihədə nəzərdə tutulmuş filmin diskləri və bukletləri , həmçinin əsir və girovlarla bağlı disk və bukletlərdən ibarət sərgi nümayiş olunmuşdur. 

2-ci tədbir:

Noyabrın 2-də beynəlxalq konfrans keçirilmişdir. Konfransda  xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişdir. Tədbirdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin humanitar və sosial məsələlər şöbəsinin müdir müavini Qurban Sadıqov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası “Siyasi Araşdırmalar İnstitutu”nun direktoru, millət vəkili Elman Nəsirov, Azərbaycan Respublikasının Hərbi prokurorluğu Xüsusi İstintaq şöbəsinin rəisi Emin Tağıyev, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Emin AğayevAzərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Firdovsiyyə Əhmədova,  Azərbaycan Milli QHT Forumunun Prezidenti Rauf Zeyni,  Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, BDU-nun professoru Anar İsgəndərov, Qaçqınlar  Cəmiyyətinin sədri Əziz Ələkbərli və digər şəxslər çıxış etmişdirlər.  Konfransda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat və notariat baş idarəsinin nümyəndələri, Azərbaycan Respublikasının Diaspora ilə İş üzrə Dövlət Komitənin şöbə müdiri Vüqar Məmmədov,  Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri, hüqüq elmləri ürə fəlsəə doktoru Elgün Səfərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Cahangir Cahangirli və digər rəsmi qurumlrın nümayəndələri müzakirələrdə iştirak etmişdirlər. Tədbirdə “Sepratimə, işğala və terrora son! Irəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” adlı ffilmin və eyniadlı bukletin təqdimatı olmuşdur.

 

 Layihə:  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-ci il qrant müsabiqəsində qalib elan olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmiş Beynəlxalq Dialoq və İnkişaf Alyansının “Regional münaqişələrin həlli yolları” layihəsi çərçivəsində Avropa Şurası Parlament Assambleyasında (AŞPA) tədbir  Azərbaycanın AŞPA-dakı daimi nümayəndəliyinin dəstəyi ilə təşkil olunmuşdur. Tədbirdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətininin sədri Səməd Seyidovun rəhbərliyi ilə nümayəndə heyəti, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov iştirak edirdilər.
Layihə çərçivəsində Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov tədbirdə iştirakı təmin olunmuşdur.
Fotoğraf açıklaması yok.
Layihə üzrə iyun ayının 25-də Strasburqda Avropa Şurası Parlament Assambleyasında əsir və girov götürülmüş azərbaycan vətəndaşlarının beynəlxalq müdafiəsinə həsr olunmuş “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və insan haqları” mövzusunda tədbir baş tutdu.  Tədbirdə müxtəlif ölkədən olan deputatlar-Almaniyadan Jan Kohler, Rumınyadan Liviu Bleoca, Bosniyadan Almir Shahovic və digər parlament üzvləri, KİV nümayəndələri iştirak edirdilər.
Fotoğraf açıklaması yok.
AŞPA-da tədbirin təşkili ilə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Azərbaycanın AŞPA-dakı Daimi Nümayəndəliyinə, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə,  Strasburqda fəaliyyət göstərən digər bir neçə KİV  və QHT nümayəndələrinə rəsmi məktublar göndərmiş və danışıqlar aparmışdıq. Strasburqda tədbirin keçirilməsi ilə əlaqədar Azərbaycan dövlət orqanlarına məlumat formalı məktublar göndərilmiş və bir neçə dövlət orqanlarının rəhbər nümayəndələri ilə görüşlər keçirilmişdir.
Fotoğraf açıklaması yok.  Fotoğraf açıklaması yok.
Strasburqda fəaliyyət göstərən diaspora təşkilatlarının tədbirə dəvət olunmaları ilə əlaqədar Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət olunmuşdur. Həmin tədbirdə Fransadakı Azərbaycanlı Tələbələr Asosasiyası, “Kəpəz” Yayım şirkəti və digər diaspora nümayəndələri iştirak etmişdirlər.
Fotoğraf açıklaması yok.
 “Əsir və girovların beynəlxalq müdafiəsi” adlı film nümayiş olundu, filmin diskləri, həmçinin layihə çərçivəsində hazırlanmış bukletlər, əsir və girovlarla bağlı fotolardan ibarət sərgi nümayiş olunmuşdur.
LAYİHƏ:  BMT-nin Global Sülh çağırışı və Ermənistanın işğalçı siyasəti

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Beynəlxalq Dialoq və İnkişaf Alyansının ilə birgə təşkilatçılığı ilə 20 noyabr 2020-ci ildə “BMT-nin qlobal sülh çağırışı və Ermənistanın işğal siyasəti” mövzunda onlayn-zoom konfrans keçirib.

Konfransda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmləri doktoru, professor, cənab Elman Nəsirov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri, cənab İlqar Məcidov  çıxış edərək BMT-nin qlobal sülh çağırışı, beynəlxalq qanunlar və Ermənistanın beynəlxaq hüququn norma və prinsiplərinə əhəmiyyət verməməsi, Azərbaycanın hərbi yolla torpaqlarının işğaldan azad edilməsi ilə bağlı faktları öz məruzələrində qeyd ediblər. Konfransda Azərbaycan Milli QHT Forunun idarə heyətinin sədr müavini İradə Rzazadə, Rusiya üzrə diaspora təşkilatının nümayəndəsi Ələkbər Qarayev, Orta Asiya ölkələri üzrə diaspora təşkilatının nümayəndəsi Rafael Hacibalayev və digər şəxslər çıxış etmişlər. Konfransda Azərbaycan Respublikası Xarici İşlər Nazirliyini nümayəndəsi, xarici diplomatik korpus nümayəndələri iştirak etmişdir.

Konfransda “THE UN’S CALL FOR A GLOBAL PEACE & ARMENIA’S OCCUPATION POLICY” mövzusunda sənədli film nümayiş olunmuşdur.

 

Layihə:   Cənubi Qafqaz Post-Müharibə Dövründə: Sülh və Əməkdaşlıq

Azərbaycan Respublikasınınn Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  2022-ci il qrant müsabiqəsində qalib elan olunmuşdur
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstiyi ilə Beynəlxalq Dialog və İnkişaf Alyansı BMT-nin Cenevre ofisinde “Cənubi Qafqaz: Mədəni Müxtəliflik və İnsan Haqları” mövzusunda tədbir keçirib.
Konfransda “Cənubi Qafqaz: Mədəni Müxtəliflik və İnsan Haqları” mövzusunda film nümayiş olunub. Tədbirdə iştirakçılara layıhə çərçivəsində hazırlanan buklet təqdim olunub. Həmçinin BMT-nin Cenevre ofisində keçirilən digər side-event işyirakçılarına da bukletlər və filmin diskləri təqdim olunub.
Tədbirdə ABŞ Araşdırma Mərkəzinin rəhbəri, Akademik Tədqiqatçı, Yaxın Şərq Siyasəti üzrə Ekspert FRANK MUSMAR, COJEP International Koordinatoru DUDU KELEŞ, Komoros Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəsi SULTAN CHOUZOUR Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda mədəni müxtəliflik, Azərbaycan mədəni irsi, tolerantlığı ilə bağlı məruzə ilə çıxış etmişlər.
Tədbirdə Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin nümayəndəsi Kamran Seyfullayev iştirak edib.