COJEP World Network üzvləri Beynəlxalq Əməkdaşlıq Platformasında: Türkiyə Xarici İşlər Nazirliyində görüş

“COJEP International Netvork-e üzv QHT rəhbərlərinin “COJEP: Könüldən Könülə Türkiye Görüş layihəsi” üzrə Beynəlxalq Əməkdaşlıq Platforması çərçivəsində Türkiye rəsmi dövlət qurumlardında görüşləri gerçəkləşdi.”

Bu sözləri iddalliance.org saytına açıqlamasında COJEP Avrasia ölkələri üzrə Koordinatoru, Beynəlxalq Dialoq və İnkişa Alyansının sədri Nüşabə Məmmədova bildirib.

17-22 İyul, 2022 tarix COJEP Beynəlxalq Əməkdaşlıq Platforması:

Türkiyə Xarici İşlər Nazirliyinin sektor müdiri xanım Elif Çomoğlu ÜLGEN və Nazirliyin digər rəsmi nümayəndələri ilə görüş keçirilib. COJEP International prezidenti Ali GEDİKOĞLU COJEP Network və fəaliyyət dairəsinin genişləndirilməsi perespektivləri haqqında və Koordinatorluqlar haqqında məlumat verib.  “Könüldən Könülə Türkiyə Görüş layihəsi”nin iştirakçısı olan QHT-lər layihələrinin yer aldığı dərgi xanım Elif Çomoğlu ÜLGENe təqdim olunub. Xanım Elif Çomoğlu ÜLGEN COJEP International Network fəaliyyətinin inkişafı istiqamətində  Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən hər cür dəstəklənəcəyini bildirdi. Görüşdə Xarici İşlər Nazirliyinin Asia, Afrika və Avroasia üzrə mərkəz rəhbərləri ibölgələr üzrə Nazirlik tərəfindən görülən işlər barədə görüş iştirakçılarına məlumat verdilər.

 

Görüşdə COJEP International vitse-prezidenti Satı Arik, Asia, Afrika və Avroasia bölgələrindən QHT rəhbərləri iştirak ediblər. Azərbaycandan olan Qeyri hökumət təşkilatlarının nümayəndələri- Azərbaycan Milli QHT Forumu prezidenti Rauf Zeyni , Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası sədri Səkinə Babayeva , İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək İB-nin s həmtəsisçilər və sədr müavinləri olan Şahin Qurbanov və Elman Əsədov və ”Misra” informasiya mübadiləsi və təşəbbüsləri” İB-nin sədri Fuad Abbasov iştirak ediblər

 

iddalliance.org

Media service

About Author