Nüşabə Məmmədova İran İslam Respublikasının səfiri Seyed Abbas MOUSAVI ilə görüşüb
Fevralın 8-də, COJEP Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova İran İslam Respublikasının Azərbaycandakı Fövqaladə və səlahiyyətli səfiri cənab Seyed Abbas MOUSAVI ilə görüşüb. Görüşdə 25-27 may 2021 tarixlərdə Bakıda keçiriləcək Birinci Avroasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında müzakirələr aparılıb. Nüşabə Məmmədova Birinci Avrasiya Vətəndaş Həmrəyliyi Forumu haqqında məlumat verərək bildirib ki, təşkil olunacaq Forumda Türkiyə, Rusiya, Pakistan, Gürcüstan, Mərkəzi Asiya ölkələri ilə yanaşı İrandan rəsmi dövlət nümayəndələri, elm, mədəniyyət, QHT, media və digər nümayəndələrinin iştirakı nəzərdə tutulub. Cənab Seyed Abbas MOUSAVI Forumun keçirilməsinin xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə və inkişafına əhəmiyyətli töhfə olacağını bildirib.
COJEP Beynəlxalq Təşkilatının Avroasiya ölkələri üzrə Azərbaycan Nümayəndəliyinin rəhbəri Nüşabə Məmmədova tərəfindən cənab Seyed Abbas MOUSAVI ”COJEP DIPLOMATIQUE” jurnalları və “CIVIL SOLİDARİTY FORUM” tanıtım CD təqdim edilib.
Görüşdə xatirə şəkli çəkilib.