“Dinamik islahatlar xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət edir” ÖZƏL-MÜNASİBƏT

“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin siyasi sistemində, məhkəmə-hüquq həmçinin, struktur, kadr istiqamətləri daxil olmaqla dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı dinamik islahatlar nəticə olaraq xalqımızın rifahının yaxşılaşdırılmasına xidmət edir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.
Alyansın sədri qeyd edib ki, ölkədə aparılan islahatlar fonunda 2020-ci ildə Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın tərkibinin yenilənməsi bu istiqamətdə fəaliyyətə yenilik gətirəcəyini, müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiq olunması istiqamətində uğurlu addımların atılacağına böyük ümidlər bəsləyirik.
“Komissiyanın sədri, cənab Samir Nuriyev ilk iclasda mühüm məqamlara, o cümlədən ictimai nəzarətlə bağlı məqamlara toxundu. Xüsusi olaraq qeyd etmək istərdim ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin obyektiv olaraq tətbiqinin genişləndirilməsi, həmçinin ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin olunması vacib amildir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev öz çıxışlarrında hər zaman ictimai nəzarətin gücləndirilməsi, şəfaflığın artıqılması ilə bağlı məsələrə ciddi münasibət bildirib və qeyri-qənaətbəxş hesab edib. Yeni tərkibdə yaradılmış komissiya tərəfindən bu istiqamətdə ictimai nəzarətin obyektiv fəallığının artırılmasında, açıq hökumət platformasının, ictimai şuralarının fəaliyyətinə yeni müxanizmlərin tətbiqi sahəsində uğurlu addımlar atılacağına inanırıq.
Bildiyiniz kimi, bəzi beynəlxaq təşkilatlar Azərbaycana qarşı hər zaman olduğu kimi, bu gün də qərəzli və qeyri-obyektiv mövqe nümayiş etdirirlər. Azərbaycanla bağlı həqiqəti əks etdirməyən məlumatlar yayır, ölkəmizin dünyada artan nüfuzuna kölgə salmağa çalışırlar. Yeni tərkibdə formalaşan Komissiyanın fəaliyyətində beynəlxalq əməkdaşlıq sahəsində də uğurlu nailiyyətlər əldə edəcəyimizi düşünürəm və Komissiyanın işinə uğurlar arzulayıram”, deyə Nüşabə Məmmədova bildirib.

SİA.az

Müəllif: İnam Hacıyev

About Author