“Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur” ÖZƏL-MÜNASİBƏT

“Ötən ay, avqustun 4-də Livanın paytaxtı Beyrutda baş vermiş partlayışdan istifadə edərək Ermənistan höküməti növbəti avantürasını həyata keçirdi. Beyrutdakı partlayışdan dərhal sonra, Nikol Paşinyan Livan prezidenti Mişel Aun ilə danışıqlara başladı və partlayışdan zərər çəkmiş ermənilərin Dağlıq Qarabağ ərazisində yerləşdiriməsini, o cünlədən Dağlıq Qarabağın 150 livanlı erməni ailəsini qəbul etməyə hazır olduğunu bəyan etdi. Ermənistanın Dağlıq Qarabağ ərazisində yaratdığı seperatçı rejimin dırnaqarası “prezidenti” Arayik Arutyunyan Livan erməni icmasına müraciətində Dağlıq Qarabağa köçmək istəyən bütün erməniləri qəbul etməyə və mənzillə təmin etməyə hazır olduğunu bildirdi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova deyib.Alyansın sədri qeyd edib ki, məhz Ermənistan hakimiyyəti bu kimi yalan, şirnikləndirici vədlərlə ağır sosial-iqtisadi və siyasi şərtlərlə barışmayan, ölkəsini tərk etmək məcburiyyətində qalan çoxsaylı erməni əhalisinin yerini konpensasiya etməyə çalışmaqdadır.“Ermənistan tərəfindən işğal altında olan ərazilərimizə xarici ölkələrdən ermənilərin köçürülməsi faktı ilk deyil. 2019-cu ildə Ermnəistan hökuməti “humanitar yardım” adı altında öz çirkin məqsədlərini həyata keçirərək Suriyadan ermənilərin işğal edilmiş ərazilərimizə köçürülməsinə nail olmuşdur. ATƏT-in Faktaraşdırıcı Missiyası 2005-ci ildə işğal olunmuş ərazilərdə qanunsuz məskunlaşma faktını aşkarlamış və hesabatlarında bunları açıq şəkildə qeyd etmişdir. Ermənistan ATƏT-in Minsk Qrupu həmsədrlərinin çağırışlarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur.Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir ki, hazırda dünya ictimaiyyətinin, beynəlxalq güc dövlətlərinin ölkəmizə diplomatik və siyasi dəstəyi görünməkdədir. Belə bir məqamda beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrnin genişləndirməsi və onlar qarşısında Ermənistanın qanunsuz addımlarının qarşısını alması istiqamətində tələblərin irəli sürülməsi üçün müsbət şərait yaranıb. Bu istiqamətdə konkret tələblərimizlə mütamadi çıxışlar, müraciətlər etməli və hücum diplomatiyası yolu ilə Ermənistanı işğal siyasətindən, Dağlıq Qarabağdan və yeddi rayondan geri çəkilməyə məcbur etməliyik. Əks halda, hazırkı şəraitdə, Ermnəistanın Azərbaycanın ərazi bütönlüyünə qarşı tutduğu mövqe, böyük müharibənin başlanmasını qaçılmaz edəcəkdir”, deyə Nüşabə Məmmədova bildirib.

 

sia.az

About Author