IDDA sədri Dilqəm Əsgərov və Şahbaz Guliyevin işinə baxılması üçün Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Robert Spanoya müraciət etdi
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Robert Spanoya Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş, məcburi köçkünlər – Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən baxılmaqda olan işin mümkün qədər tezləşdirilməsi ilə əlaqədar müraciət etdi. Müraciətdə bildirilir ki, beş ildir Dilqəm Əsgərov və Şahbaz Quliyev ilə bağlı mövcud iş İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmaqdadır. Həmçinin qeyd olunur ki, girovların səhətində cox ciddi problemlər var və həkim nəzarətində saxlanılmaqdadırlar. “…Avropa məhkəməsində isə məsələyə baxılması prosesi uzanır. Girovların səhhətlərinin hər an ağırlaşa biləcəyi ehtimalı yüksəkdir. Onlar girovluqda olduqları zaman dünyasını dəyişərlərsə, məhkəmənin qərarının hansı əhəmiyyət kəsb edəcəyi düşündürücüdür.”
Məktubda, Avropa İnsan Hüquqları Məhkəməsinin Prezidenti Robert Spanodan Ermənistan tərəfindən girovluqda saxlanılan, azərbaycanlı məcburi köçkünlər-Dilqəm Əsgərov və Şahbaz Quliyevin səhhətindəki ciddi problemləri nəzərə alaraq, Avropa məhkəməsindən məsələyə baxılması prosesinin sürətli həllinə qərar verməsiilə bağlı müraciət edilmişdir.
Beynəlxalq Dialoq və İnkişaf Alyansı
Mətbuat Xidməti