Nüşabə Məmmədova: Uydurma “erməni soyqırımı” pandemiyasına qarşı birgə mübarizə aparmanın zamanıdır.
Nüşabə Məmmədova
Azərbaycan Milli Elmlər Akadenmiyası
A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi,
Tarix elmləri namizədi
“Erməni soyqırımı” olmuşdurmu?
tarixi həqiqətlər və faktlar
Tarixi Həqiqətləri inkar edən əsassız erməni iddiaları bu gün beynəlxalq siyasətin az qala bir parçasına çevrilib. Erməni siyasətçiləri, tarixçiləri tərəfindən tarixi həqiqətlərin saxtalaşdırılması və bu saxta tarixin təbliğatı genişlənməkdədir. Bu bir həqiqətdir ki, ermənilər tərəfindən saxtalaşdırılmış tarix siyasi alətə çevrilərək Türkiyəyə və Türk Dünyasına qarşı təzyiq vasitəsi olaraq istifadə olunur.
Mövcud vəziyyət:
Türkiyə və Türk dünyası üzərində öz məkrli məqsədlərini həyata keçirmək üçün ermənilərdən tarixi keçmişdə olduğu kimi, bu gün də bir alət olaraq istifadə edən qüvvələr uydurma “erməni soyqırımı” anlayışını dünyanın gündəminə gətirirək ondan öz siyasi məqsədlərinin icrası üçün istifadə edir və bu amal uğrunda yorulmadan çalışırlar. Bəs nəticələr əldə edə biliblərmi? Uydurma “erməni soyqırımı”nı tanıtım xəritəsinə diqqət yerirək:
ABŞ-ın 41 ştatı və 30-dan çox ölkə uydurma “erməni soyqırımı” olduğu rəsmi və ya parlament səviyyəsində qəbul edilib. Ötən ilin dekabr ayında həm ABŞ Nümayəndələr Palatası, həm də Senat “erməni soyqırımı”nı rəsmən tanıdan qətnamələr qəbul etdi. Pandemiya kimi dünyanı bürüyən bu uydurma “erməni soyqırımı” yayılma mexanizminın ifşa olunması üçün biz nədən məsələyə bir qədər soyuqqanlı yanaşırıq? Ona görə ki, bütün arxiv sənədləri, tarixi faktlar göstərir ki, tarixdə belə bir “soyqırımı” olmamışdır. Ondanmı? Bizim əlimizdə tutarlı faktlar var və bu bizim özgüvənliyimizi saxlayır. Ondanmı? Əgər bu mövqeyimizi olduğu kimi saxlasaq, heç bir tarixi fakta əsaslanmadan qəbul edilən “erməni soyqırımı” uydurmalarını kim ifşa edəcəkdir? Düşünürəm ki, bütün öz güvənliyimizi, milli dəyərlərimizi saxlamaqla, dünyanı bürüməkdə olan uydurma “erməni soyqırımı” pandemiyasına qarşı birgə mübarizə aparmanın zamanıdır.
“Erməni soyqırımı” olmuşdurmu? Tarixi sənədlər və faktlar:
Tarixi faktlar sübut edir ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmamışdır.
Türkiyənin Birinci Dünya müharibəsinə qatılmasından öncə, Qafqaz cəbhəsində aparılan hərbi əməliyyatlar başlamazdan əvvəl Tiflisdə türklərlə savaşa başlamaq üçün könüllü erməni dəstələri hazırlanırdı. Türkiyənin müharibəyə qoşulması ilə erməni daşnakları öz niyyətlərini həyata keçirmək üçün qüvvələrini səfərbərliyə alaraq, rus qoşunları tərkibində Türkiyəyə qarşı amansız cəbhə tutdular, xarici havadarlarının vədlərinə arxalanaraq “Böyük Ermənistan” yaratmaq xülyasına arxalanaraq hərəkətə keçdilər. Ermənilərə müstəqillik vəd edən ixtilaf dövlətləri həm imperiya daxilində, həm də xaricdəki erməniləri silahlandırıb Osmanlı dövlətini qısa vaxt ərzində parçalamaq məqsədilə fəaliyyətlərini artırmışdılar. Bu məqsədlə ermənilərdən ibarət silahlı dəstələr yaradılaraq döyüşlərə göndərilir, yerlərdə bu kimi yeni dəstələrin təşkil edilməsi üçün ianə toplanması gücləndirilirdi. Bu tədbirə bütün Rusiya imperiyasi ərazisində yaşayan ermənilər cəlb olunmuşdu. 1914-cü il oktyabrın 30-da erməni könüllülərinin ilk dəstəsi türklərə qarşı vuruşmaq üçün Odessadan Qafqaza gəldi. Həmin dəstələrin tərkibində 135 nəfər var idi. İkinci qrupun tərkibinə isə 1000 nəfərə qədər erməni daxil olmuşdu. 1914-cü il noyabrın 5-də Bakıdan 80, noyabrın 6-da isə 120 nəfərlik erməni dəstələri türklərə qarşı döyüşmək üçün cəbhəyə yola düşdü. Qısa müddət ərzində Qafqazda 18 yaşdan 40 yaşadək olan ermənilərin səfərbərliyi keçirildi. Yeni-yeni silahlı dəstələr yaradıldı. “Kaspi” qəzeti 1914-cü il saylarının birində yazırdı: “Erməni azadlıq hərəkatının veteranı, az qala Türkiyə ermənilərinin əfsanəvi qəhrəmanı olan Andronik indi türk ordusunun arxasında əməliyyat keçirən bütün erməni könüllü dəstəsinin başçısıdır”. Erməni tarixçisi Lalayan etiraf edirdi ki, Daşnaksütun partiyası 10.000 könüllünü Türkiyəyə qarşı döyüşə göndərmişdi.
Rusiyanın Osmanlı dövlətinə qarşı müharibə elan etməsindən əvvəl, “…Ermənilər ən kiçik tərəddüd göstərmədən ittifaq dövlətlərinin yanında yer almışdılar, ayrıca könüllü alayları təşkil etmişdilər”. Bunun səbəbi isə hələ
1914-cü il sentyabrın 17-də Rusiya imperatoru II Nikolayın Osmanlı İmperiyası ərazisində yaşayan erməni əhalisinə müraciəti olmuşdu. Müraciətdə qeyd olunurdu ki, onlar (ermənilər) çar hakimiyyəti altında birləşsinlər. Bu müraciət “Böyük Ermənistan” yaratmaq arzusunu həyata keçirməkdən ötrü erməni liderləri arasında böyük ümid yaratdı. İmperator xüsusilə qeyd edirdi ki, “sülh danışıqlarına qədər erməni məsələsi razılaşdırılacaq”.
Müharibənin başlanğıcında Şərqi Anadoluda yaradılmış erməni silahlı dəstələri dərhal fəaliyyətə başlamışdı. Jastin Makkarti yazırdı ki, digər ermənilərdən ibarət dəstələr isə Rusiya İmperiyasının ərazisinə keçərək artıq burada yaradılmış erməni partizan dəstələrinə qoşulurdular. O, Sivas vilayətində 30.000 erməni partizanı cəmləşmişdiyini, Anadolu və rus ermənilərindən ibarət 100.000-dən çox partizan və döyüşçünün Anadoluda türk ordusuna qarşı mübarizə aparması barədə faktlar gətirirdi. Onlar terrorçu fəaliyyət göstərirdi.
Türk əhalisinə, türk dövlərinə qarşı yaranmış tarixi vəziyyət, erməni xəyanəti Türkiyə dövlətini ciddi tədbirlər görmək məcburiyyəti qarşısında qoydu. Şərqi Anadoluda erməni partizan dəstələrini təhlükəsizləşdirmək, erməni üsyanlarının qarşısını almaq məqsədilə, Osmanlı hökuməti həmin ərazidən ermənilərin deportasiya olunması haqqında Qanun qəbul etmək məcburiyyətində qaldı. 27 may 1915-ci ildə ermənilərin köçürülməsi ilə bağlı “Tehcir Qanunu” qəbul olundu. Qanunun tətbiqi bir ay sonra həyata keçirildi. Bu müddət ərzində Osmanlı dövləti rəsmi olaraq ermənilərin həyat və mülkiyyətinin mühafizəsi məqsədilə xüsusi göstəriş vermişdir. Köçürülmələrin əsas prinsipi partizan hərəkatı ilə mübarizə aparmağın bir vasitəsi idi. Partizanlar təchizat, dəstək, yer baxımından yerli əhalidən asılı idilər. Ermənilərin köçürülməsində əsas məqsəd partizan dəstələrinə köməyi uzaqlaşdırmaq idi.
Ermənilərin köçürülməsi ilə bağlı “Tehcir Qanunu”nun birinci maddəsində, ordu komandanlığına, müharibə ərəfəsində Hökumətin əmirlərinə, ölkənin müdafiəsinə və sabitliyin qorunmasına qarşı çıxanların, silahlı üsyan və ya hücum edənlərin dərhal hərbi nəzarət altına alınacağı bildirilir, həmçinin cəsusluq və vətənə xəyanət etdikləri anlaşılan kənd və qəsəbə əhalisini tək-tək və ya toplu halında digər yerlərə köçürülməsini nəzərdə tutulurdu. Həmin Qanuna görə erməni əhalisinin mallarının qoruma altına alınması məqsədilə, “Tərk edilmiş mallar (əmtəə) Komissiyaları” yaradılmışdır. Bu Komissiyalar boşaldılan kənd və qəsəbələrdəki ermənilərə aid malları siyahıya alır və bununla bağlı ayrı-ayrı dəftərlər tərtib edilirdi. Dəftərlərdən biri kilsədə, biri rəhbərliyə, üçüncüsü isə Komissiyada saxlanılırdı. Satıla biləcək əşya və mal-qara satılır, həmin vəsait sahibinə verilməsi üçün qorunurdu. Komissiya göndərilməyən yerlərdə bu işi vəzifəli şəxslər yerinə yetirirdi. (Ardı var)