Nüşabə Məmmədova: “Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması ölkədə siyasi pluralizm və yeni siyasi konfiqurasiyasının inkişafına təkan verəcəkdir”
Bütün bunlar Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ictimai-siyasi həyatının demokratikləşməsinə və modernləşdirilməsinə yönəldilmiş islahatların mühüm cəhətlərindən biri də yeni siyasi konfiqurasiyanın formalaşması, demokratik cəmiyyət quruculuğunun daha da inkişaf etdirilməsi məqsədilə partiyalararası münasibətlərin tənzimlənməsi, iqtidar-müxalifət münasibətlərində siyasi dialoqun formalaşmasına nail olmaq istqamətində praqmatik addımların atılmasıdır.”
Bu fikri Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri bildirib.
N.Məmmədova bildirib ki, Cənab Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlar siyasi sistemi də əhatə edir. Hazırda siyasi baxışlarından asılı olmayaraq, milli dövlətçilik mənafeyindən, dövlətimizin maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoqlar daha da dərinləşməkdədir. Müxalifət partiyalarının qanunvericilik hakimiyyətinin rəhbər orqanlarında təmsil olunmaları ölkədə yeni ictimai-siyasi durumun, iqtidar-müxalifət münasibətlərinin ən yeni formada qurulmasının təzahürüdür. Bütün bunlar Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. Ölkədə demokratik cəmiyyətin inkişafı istiqamətində aparılan islahatlar nəticəsində milli maraqlarımızın qorunması və milli məsələlərin həllində bütün siyasi partiyalarınların vahid qüvvə olaraq çıxış etməsi üçün ən yüksək münbit şərait yaradılmışdır.
Onun sözlərinə görə, yeni siyasi partiyaların- Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının dövlət qeydiyyatına alınması ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam ideyalar üzərində qurulmasına, həmçinin ölkədə siyasi pluralizm və yeni siyasi konfiqurasiyasının inkişafına təkan verəcəkdir.
IDDA Mətbuat xidmət