Beynəlxalq Dialoq və İnkişaf Alyansı 12 fevral Beynəlxalq ‘Qırmızı Əl Günü’nə həsr olunmuş konfrans keçirib

 Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq 12 fevral Beynəlxalq ‘Qırmızı Əl Günü’nə həsr olunmuş “12 fevral Qırmızı əl günü”: Uşaqlari qoruyaq! İşğala, Terrora, Zorakılığa son!” mövzusunda konfrans keçirib.

Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri, tarix elmləri namizədi Nüşabə Məmmədova Konfransı giriş nitqi ilə açaraq bildirdi ki, 30 ilə yaxındır ki, Azərbaycan öz dövlət müstəqilliyi bərpa edib. Bu dövrdə bir çox önəmli beynəlxalq sənədlər, o cümlədən uşaqlarla bağlı konvensiyalar və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir.  O, həmçinin qeyd etdi ki, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ölkəmiz 1992-ci ildə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. Həmin sənədlər, silahlı münaqişələrin uşaqlara fəlakət və geniş miqyaslı təsirindən, münaqişə şəraitində uşaqlara qəsd, həmçinin beynəlxalq hüquqa uyğun olaraq mühafizə olunan obyektlərə, o cümlədən çoxlu uşaq olan yerlərə bilavasitə hücumları pisləyərək “Qırmızı Əl” simvolunu özünün tərkib hissəsi kimi qəbul etmişdir.

Konfransda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şöbə  rəisi, Polis Polkovniki Adıgözəl Adıgözəlov, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hüquqi təminat şöbəsinin böyük prokuroru, ədliyyə mayoru Vüsal Əliyev, İnsan Haqları üzrə Müvəkkil  (Ombudsman) Aparatının şöbə müdiri Faiq Ağayev, Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru, Araşdırmaçı Əhməd Əlili,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İctimai Komitəsinin üzvü Əliməmməd Nuriyev, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni və digər şəxslər çıxış etmişlər. Konfransda digər dövlət və hökumət nümayəndələri, xarici ölkə səfirlərinin və beynəlxalq təşkilatların nümayəndələri,  ekspertlər, QHT və KİV nümayəndələri iştirak etmişlər.

Konfransda “FEBRUARY 12 “RED HAND DAY” SAVE THE CHILDREN! STOP INVASION, TERRORISM AND  VIOLENCE!” adlı buklet təqdim olunub.

Beynəlxalq Dialoq və İnkişaf Alyansı

Mətbuat Xidməti

About Author