MQF-nin vitse-prezidenti Nüşabə Məmmədova əsgərlərlə görüşdü
Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Milli Qeyri-Hökümət Təşkilatları Forumunun (MQF) birgə tədbirlər planına əsasən Gəncə “N” saylı hərbi hissəsində tədbir keçirilib.
Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Milli Qeyri-Hökümət Təşkilatları Forumunun (MQF) birgə tədbirlər planına əsasən Gəncə “N” saylı hərbi hissəsində keçirilən tədbirdə Gəncə Hərbi Prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev, prokurorun müavini, ədliyə mayoru Farid Səyidov, prokurorun böyük köməkçisi, ədliyyə kapitanı Məqsəd Sadıqov, MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova, həmçinin “N” saylı hərbi hissənin nümayəndəsi, polkovnik-leytenant Loğman Xanlarov və hərbi hissənin şəxsi heyəti iştirak edib.
MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova çıxış edərək son illər ərzində Azərbaycan Ordusunun hərbi potensialının və müdafiə qabiliyyətinin xeyli artdığını, eyni zamanda ordu quruculuğu istiqamətində ardıcıl surətdə dünya təcrübəsi nəzərə alınmaqla mühüm əhəmiyyətli tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı. Həmçinin qeyd etdi ki, Azərbaycanın son illər yürütdüyü uğurlu daxili və xarici siyasət, əldə etdiyi iqtisadi uğurlar beynəlxalq dairələrin də diqqətindən kənarda qalmayıb. Açıqlanan son reytinq siyahısı məhz belə deməyə əsas verir.
ABŞ-da nəşr olunan “U.S. News & World Report” jurnalının dərc etdiyi 2019-cu ildə dünyanın ən güclü ölkələrinin reytinq siyahısında Azərbaycan 45-ci yerdə qərarlaşıb. Pensilvaniya Universitetinin “BAV Group i Wharton School” Qrupunun analitikləri tərəfindən tərtib edilən reytinq siyahısı ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin saytında dərc edilib. Siyahı tərtib edilərkən ölkələrin iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi, dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər nəzərə alınıb. Bütün bunlar Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi islahatların uğurlu nəticələridir. 2003-cü ildən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar Azərbaycan Ordusunu dünyanın ən qüdrətliləri sırasına daxil olmasına imkan yaradıb. Məhz onun nəticəsidir ki, Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən, istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır.
Tədbirdə Gəncə Hərbi Prokuroru, ədliyyə polkovniki Əmrah Mehtiyev, prokurorun müavini, ədliyə mayoru Farid Səyidov, prokurorun böyük köməkçisi, ədliyyə kapitanı Məqsəd Sadıqov, “N” saylı hərbi hissənin nümayəndəsi, polkovnik-leytenant Loğman Xanlarov çıxış ediblər.