Fransada insan haqları ilə bağlı bəyanat verildi

BƏYANAT

 Hazırda dünyada baş verən proseslərin xaos şəklində davam etdiyinin şahidi oluruq. Bu proseslər sferasında dünya ictimaiyyətini narahat edən ən vacib faktorlardan biri insan haqlarının pozulmasını və bunun kütləvi hal almasını şərtləndirən, uzun illərdir Azərbaycan xalqının da yaşadığı işğal problemidir. Separatizm və işğal müasir dünyanın ən böyük problemlərindəndir. Məhz bu səbəbdən dünyada milyonlarla insan öz dünc yaşamaq hüquqdan məhrum olur, hərbi toqquşmalar nəticəsində öldürülür, qaçqına, məcburi köçkünə çevrilir, əsir və girov götürülürlər. Artıq 30 ildir Azərbaycan, Ermənistanın yaratdığı Dağlıq Qarabağ problemi ilə üz-üzə qalıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 20 min Azərbaycan vətəndaşının həyatına son qoyulub, bir milyon iki yüz mindən çox əhali öz doğma yurd-yuvasını tərk etmək məcburiyyətində qalıb. 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda  azərbaycan əhalisinə qarşı soyqırımı törədilib. Hərbi təcavüz nəticəsində Xocalının 613 dinc sakinini, o cümlədən 106 qadın və 63 uşağı qətlə yetirib. 1993-cü ildə BMT tərəfindən Ermənistan silahli qüvvələrinin işğal olunmuş Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması barədə qəbul etdiyi 4 qətnamə bu günə qədər yerinə yetirilmir.  Ermənistan BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə, Avropa Şurası, Avropa Birliyi, İKT, ATƏT kimi nüfuzlu beynəlxalq qurumların problemin həlli ilə bağlı çağırışlarına, BMT-nin Ümumdünya İnsan Hüquqları Konvensiyasının şərtlərinə məhəl qoymur. Lakin belə bir şəraitdə Ermənistana qarşı nəinki sanksiyalar tətbiq edilmir, hətta Avropa nümayəndələri, o cümlədən Fransa rəsmiləri və şirkətlərinin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərləri və buradakı fəaliyyətləri birmənalı şəkildə beynəlxalq hüquq normalarını pozur və Azərbaycanın ərazi bütövlüyünə xələl gətirir. Azərbaycan BMT-nin Ümumdünya İnsan Hüquqları Konvensiyasına qoşulub və ölkə ərazisində yaşayan bütün insanların etnik, dini, siyasi, sosial və s. mənsubiyyətlərindən asılı olmayaraq bərabər hüquqları malik olması təsbit və təmin edilib. Son günlərdə Azərbaycanda məhkum edilmiş bloger Mehman Hüseynovla bağlı  Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanat Azərbaycan ictimaiyyətində ciddi narahatçılıq doğurur, eyni zamanda beynəlxalq ictimaiyyəti çaşdırır və əsil həqiqətin nədən ibarət olması haqqında məlumat əldə etmək imkanını məhdudlaşdırır. Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər. Bununla eyni zamanda baş vermiş Fransada nümayişçilərə qarşı istifadə olunan zorakılıq, qeyri-proporsional şiddət növlərindən istifadə olunması, 4500-dən çox nümayişçinin saxlanılması faktları bütün dünya tərəfindən izlənilir. Biz, məhkum edilmiş bloger Mehman Hüseynovla bağlı  Fransanın Avropa və Xarici İşlər Nazirliyinin sözçüsü tərəfindən verilən bəyanatın əsassız olduğnu bildirir və Azərbaycan dövlətinə qarşı bu kimi addımları pisləyir, dünya ictimaiyyətini bu kimi yanlış təxribatlara inanmamağa çağırırıq.

Beynəlxalq İnsan Haqlarının Müdafiəsi Komitəsinin Azərbaycan nümayəndəliyi

Beynəlxalq Dialoq və İnkişaf Alyansı

İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Mərkəzi

About Author