Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri təmas xəttində oldu
Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova Füzuli ərazisi üzrə təmas xəttində yerləşən “N” saylı hərbi hissəsində olub.
2018-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyəti arasında hüquq qaydalarının və hərbi nizam-intizamın möhkəmləndirilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətində Respublika Hərbi Prokurorluğu və Milli Qeyri-Hökümət Təşkilatları Forumunun (MQF) birgə tədbirlər planı üzrə MQF-nin vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının rəhbəri Nüşabə Məmmədova, MQF Elm və Təhsil Mərkəzinin direktoru, “Əsgər anaları şurasi”nın sədri Leyla Gərayzadə Füzuli ərazisi üzrə təmas xəttində yerləşən “N” saylı hərbi hissəsində olub, “N” saylı hərbi hissənin şəxsi heyəti ilə görüşüb.