20 yaşlı azərbaycanlı İsveçdə deputat seçildi
Azərbaycanlı gənc Vüsal Quliyev İsveçdə keçirilən parlament seçkilərində qələbə qazanıb.
20 yaşlı V.Quliyev bu gün açıqlanan nəticələrə əsasən, Haninge əyalət parlamentinə millət vəkili seçilib. O, təmsil etdiyi siyasi partiyanın ən gənc deputatıdır.
Aktiv siyasi fəaliyyətə qoşulan V.Quliyev hazırda tələbədir. (azvision.az)