PREZİDENT İLHAM ƏLİYEV: “ƏMİNƏM Kİ, 2018-Cİ İL DƏ ÖLKƏMİZ ÜÇÜN UĞURLU OLACAQ”

84
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfəri çərçivəsində 205 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.
Prezident İlham Əliyev Sabirabad rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşüb. Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevın çıxışı:
-Şadam ki, sizinlə yenidən görüşürəm. Mən Sabirabadda dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi sayca səkkizinci səfərimdir. Bu səfərlər zamanı biz bir çox obyektlərin açılışında bərabər iştirak etmişik. Bu gün də gözəl səhiyyə ocağının açılışını bir yerdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.
Həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası ən yüksək standartlara cavab verir. Bu, çox gözəl memarlıq abidəsidir. Burada dünyanın aparıcı şirkətlərinin ən qabaqcıl avadanlığı quraşdırılıb, bütün şərait yaradılıb. Burada bütün şöbələr, o cümlədən cərrahiyyə, dializ, reanimasiya, terapiya şöbələri fəaliyyət göstərir. Bir sözlə, Sabirabad şəhərində açılan bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq.
Bu, onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək.
Səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir. Çünki bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir. Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla paralel olaraq, Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu, bizə imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun. Hər il beş milyondan çox insan dövlət hesabına pulsuz müayinədən keçir. Belə gözəl tibb ocaqlarının yaradılması, əlbəttə ki, bizə bu təşəbbüsü irəli sürməyə imkan verdi. Çünki əgər şərait olmasaydı, biz bu proqramı icra edə bilməzdik.
Bir sözlə, Bakı şəhərində, bütün rayonlarda yeni səhiyyə ocaqlarının tikintisi prosesi, demək olar ki, başa çatır. Biz bu işlərə 2004-cü ildən başlamışıq. O vaxt birinci növbədə müalicə-diaqnostika mərkəzləri, ondan sonra mərkəzi rayon xəstəxanaları, ixtisaslaşmış xəstəxanalar yaradıldı. Bu gün səhiyyə sisteminin maddi-texniki bazası yüksək standartlara tam cavab verir.
Əvvəlki dövrlərdə də Sabirabad rayonunda sosial məsələlərin həllinə həmişə böyük diqqət göstərilmişdir. Son illər ərzində burada 30-a yaxın məktəb tikilib və təmir olunub, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Bölgələr üzrə ilk rayonlardan biri də Sabirabad idi ki, “ASAN xidmət” mərkəzi yaradılmışdır. Yəni, biz bütün bu işləri ona görə görürük ki, burada insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı xidmətlərə malik olsunlar, həmçinin səhiyyə, təhsil, idman, ictimai xidmətlər yüksək səviyyədə təmin edilsin və biz buna nail oluruq.
Sabirabad rayonunda infrastruktur layihələri də icra edilir. Mənə verilən məlumata görə, qazlaşdırma artıq 90 faizə çatıbdır. Ümid edirəm ki, gələn il Sabirabadda qazlaşdırma 100 faizə çatacaqdır. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Biz içməli su layihəsini sizinlə birlikdə üç il bundan əvvəl istifadəyə vermişik, kənd yollarının tikintisi uğurla gedir. Bu gün mən iki böyük layihənin açılışını qeyd edəcəyəm, gələn il də yeni kənd yolları layihəsi icra olunacaq. Beləliklə, hesab edirəm ki, gələn il Sabirabad rayonunun əksər kəndlərinin yolları tam təmirli olacaqdır. Çünki bu günə qədər dörd layihə icra edilibdir. Bu layihələr 100 mindən çox əhalini əhatə edir. Rayon əhalisinin sayı təqribən 180 minə yaxındır. Növbəti layihə də bir neçə min insanı əhatə edəcək və beləliklə, biz kənd yolları məsələlərini də həll etmiş olacağıq.
Yadımdadır, səfərlərimin birində vətəndaşlar körpü tikintisi ilə bağlı müraciət etmişdilər. Biz onu da vaxtında icra etdik və mən də açılışa gəlmişdim. Yəni, biz Sabirabad üçün nə lazımdırsa, artıqlaması ilə edirik. Çünki yeni təşəbbüslər də irəli sürülür. Onlardan biri də bu yaxınlarda mənim tərəfimdən irəli sürülüb. Bu təşəbbüs ondan ibarətdir ki, Sabirabadda böyük sənaye məhəlləsi yaradılsın. Bu gün mən o məhəllənin təməlini qoymuşam və əminəm ki, yaxın gələcəkdə Sabirabad böyük sənaye mərkəzinə çevriləcəkdir.
Sənaye məhəllələrinin yaradılması prosesi bir neçə il bundan əvvəl başlamışdır. Biz birinci məhəlləni Neftçala rayonunda yaratdıq və bu yaxınlarda onun açılışını etdik. Ondan sonra daha iki rayonda – Masallı və Hacıqabulda sənaye məhəllələrinin yaradılması istiqamətində işlər başlamışdır. Dördüncü sənaye məhəlləsi Sabirabadda yaradılacaqdır. Çünki burada çox böyük insan potensialı, təcrübəli mütəxəssislər var.
Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır. Ona görə bu gün mənə Sabirabad Sənaye Məhəlləsinin layihəsi təqdim olundu. Mən fürsətdən istifadə edərək sabirabadlı iş adamlarına müraciət edirəm ki, onlar öz təkliflərini versinlər. Sənaye məhəlləsində bütün işlər, o cümlədən tikinti, istehsalat sahələrinin inşası, rabitə, infrastruktur, kommunikasiyalar, işıq, qaz, yollar, müəssisələrin yaradılması dövlət vəsaiti hesabına təmin ediləcək. Qaldı ki, sahibkarlara, onlar öz təkliflərini versinlər, avadanlıq alsınlar. Bu məsələdə də dövlət onlara kömək göstərəcək, güzəştli kreditlər, investisiyatəşviqi sənədi verəcək və tezliklə burada böyük sənaye məhəlləsinin fəaliyyəti təmin ediləcəkdir.
Gələn il Sabirabadın inkişafı ilə bağlı infrastruktur layihələrinin – xüsusilə yeni kanal layihəsinin icrası nəzərdə tutulur. Bilirəm ki, bu məsələ Sabirabad zəhmətkeşlərini çox narahat edir. Bu layihə başlanmışdı, sonra yarımçıq qaldı. Mən göstəriş verdim, maliyyə vəsaiti nəzərdə tutulacaq və gələn il bu layihə tam başa çatacaq. Beləliklə, ən azı 11 min hektar torpağın suvarılması ilə bağlı heç bir problem olmayacaq.
Beləliklə, yeni əkin sahələri dövriyyəyə cəlb ediləcək. Zəhmətkeşlər, fermerlər, yerli icra orqanları birlikdə baxsınlar ki, burada hansı kənd təsərrüfatı məhsulları yetişdirilməlidir. Sabirabadın çox böyük potensialı var. Əlbəttə ki, ənənəvi kənd təsərrüfatı sahələri var, o cümlədən pambıqçılıq. Biz pambıqçılığın bərpasını da Sabirabaddan başladıq. Uzun fasilədən sonra birinci müşavirə Sabirabadda keçirildi. Biz ulu öndər Heydə Əliyevin ənənələrini bərpa etdik. Birinci tanış olduğum tarla Fatma xanımın tarlası idi. Orada zəhmətkeşlərlə yaxşı görüş oldu, sonra müşavirə keçirildi. Beləliklə, iki il ərzində biz pambıq tədarükünü 8 dəfə artıra bilmişik. 2015-ci ildə cəmi 35 min ton pambıq yığılmışdısa, bu il biz artıq 190 min tona çatmışıq. Təqribən 200 min ton, bəlkə ondan da çox pambıq tədarük edəcəyik. Texnika alınır, gübrələr verilir, suvarma işləri təmin olunur, vəsait ayrılır. Dövlət bu sahəni tam nəzarətə götürüb. Beləliklə, pambıqçılığın inkişafı sürətlə gedir və bilirsiniz ki, bu, məşğulluğu da artırır. Mənə verilən məlumata görə, indi 20 min insan pambıqçılıq sahəsində işləyir, hər gün əməkhaqqı alır, evinə pul aparır, həm dövlətə, həm özünə xeyir verir və ölkəmiz də inkişaf edir.
Ona görə növbəti illərdə həm Sabirabadda, həm də bütün başqa rayonlarda suvarma ilə bağlı nə lazımdırsa, biz onu da edəcəyik. İndi bütün layihələr təhlil edilir. Biz bu il qarşıya hədəf qoymuşuq ki, bu vaxta qədər suvarılmayan 150 min hektar torpaqda suvarmanı təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Gələn il isə qarşıya məqsəd qoyulub ki, ən azı əlavə 100 min hektarda suvarma işləri təmin edilsin. Görün, məhsuldarlıq, iş yerləri, ölkəmizin ümumi daxili məhsulu nə qədər artacaq.
Planlarımız çoxdur. Gələn il fəal işləməliyik. Bu il də uğurla başa çatır. Baxmayaraq ki, son illər ölkə iqtisadiyyatı üçün o qədər də asan illər olmamışdır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, dünyada gedən iqtisadi-maliyyə böhranı bizə də təsir etdi. Ancaq hesab edirəm ki, biz bu sınaqdan şərəflə çıxdıq. Heç bir sosial proqramı ixtisar etmədik, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapdı. Biz hətta böhranlı illərdə xəstəxanalar açırıq. Bu gün Ağcabədidə böyük Olimpiya mərkəzi, Tərtərdə 1170 ailə üçün 34 binadan ibarət köçkün şəhərciyi açılıbdır. Ancaq bir gündə. Mən hələ yolları, hərbi hissələri demirəm. İndi quşçuluq fabriki açılacaq. Yəni, bir gündə baxın, nə qədər böyük işlər görülür və biz bu açılışlarda bərabər iştirak edirik. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq və biz gələn ili də uğurla başa vuracağıq. Sizi bir daha təbrik edirəm.

About Author

84 thoughts on “PREZİDENT İLHAM ƏLİYEV: “ƏMİNƏM Kİ, 2018-Cİ İL DƏ ÖLKƏMİZ ÜÇÜN UĞURLU OLACAQ”

  1. 914146 325749Having read this I thought it was quite informative. I appreciate you taking the time and effort to put this write-up together. I once once more locate myself spending method to significantly time both reading and commenting. But so what, it was nonetheless worth it! 504362

  2. 589560 767016Id ought to talk with you here. Which is not some thing I do! I spend time reading an article that could get people to feel. Also, appreciate your permitting me to comment! 592432

  3. 599075 204923Outstanding blog here! Also your web internet site loads up quickly! What host are you employing? Can I get your affiliate link to your host? I wish my web site loaded up as rapidly as yours lol 185491

  4. 376394 442545Highest quality fella toasts, or toasts. will most definitely be given birth to product or service ? from the party therefore supposed to become surprising, humorous coupled with enlightening likewise. very best man speaches 215252

  5. 816763 911841I cant say that I completely agree, but then again Ive never actually thought of it quite like that before. Thanks for giving me something to consider when Im supposed to have an empty mind whilst trying to fall asleep tonight lol.. 728239

  6. 469864 145026You produced some decent points there. I looked on-line for any problem and identified most individuals will go in conjunction with along with your site. 713259

  7. 922780 620588This really is the suitable weblog for anybody who needs to seek out out about this topic. You notice so considerably its virtually laborious to argue with you (not that I really would wantHaHa). You undoubtedly put a brand new spin on a subject thats been written about for years. Great stuff, just great! 19683

  8. 296366 264226Admiring the time and energy you put into your weblog and in depth info you offer. It is excellent to come across a blog every once in a although that isnt the same old rehashed material. Amazing read! Ive bookmarked your website and Im adding your RSS feeds to my Google account. 132981

  9. 431764 606236I like the valuable information you provide inside your articles. Ill bookmark your blog and check once more here regularly. Im quite certain Ill learn many new stuff correct here! Very good luck for the next! 167288

  10. 33389 684782Great V I should certainly pronounce, impressed with your website. I had no trouble navigating through all tabs and related info ended up being truly easy to do to access. I recently found what I hoped for before you know it in the least. 936452

  11. 805632 538145Oh my goodness! a amazing write-up dude. Thanks a great deal Nonetheless We are experiencing trouble with ur rss . Do not know why Not able to sign up to it. Perhaps there is anybody acquiring identical rss difficulty? Anyone who knows kindly respond. Thnkx 730797

  12. коттеджные поселки белгорода
    карта лентяйка для пола купить в челябинске клиника пирогова тверь пластическая хирургия
    цены
    мытищи москва на карте московской области робомойка нижневартовск круглосуточно уфа череповец прямой рейс

  13. если приснился человек который нравится но вы не общаетесь молитвы чтоб бывшая отстала от мужа таро уэйта руководство по чтению карт
    знак зодиака 10 июня мужчина совместимость с другими знаками к чему снится котенок который ест рыбу

  14. молитва о дивный чудодейственною
    силою четвероконечный синодический период марса 780 суток сколько земных лет оберег булавка с бусинами
    к чему снится расслаивающийся ноготь 16 марта день чего,
    16 марта кто родился

  15. лучшие парикмахеры алматы, парикмахер-стилист алматы инстаграм заведения с детской площадкой астана, семейное кафе астана левый берег бжб 5 сынып, бжб 5 сынып қазақстан тарихы жауаптары ну и погода красноярск,
    погода в кокшетау сегодня

  16. узи караганда, гинекологическое узи караганда жасыл жер астана вакансии, кугабаев тленды
    жанкозыевич өсімдік қалай дамиды, өсімдіктер жүйесі
    солдат матрос обязан устав, обязанности военнослужащих перед построением и в строю рк

  17. какие промышленные предприятия
    есть в алматы, крупные компании алматы мойын бұлшық еттеріне арналған жаттығулар,
    таңертеңгілік жаттығулар жиынтығы өсімдікке әсер ететін
    орта факторлары, өсімдік топтары
    бос уақыт текст, бос уақыт диктант

  18. уақыт жолдары фильм смотреть, бүгінгі қазақ киносы эссе құранды қалай
    ұстау керек қолөнер өндірісінің ең ежелгі салаларының бірі, қолөнер бұйымдары не жатады автоцентр караганда,
    бипэк авто караганда каталог

  19. еркек әлсіздігі үшін дұға черная кость у казахов, кара суйек положение в обществе спортивный магазин рядом,
    спортивный магазин астана левый берег бірлігі жарасқан сыныбым эссе, ынтымағы жарасқан қазақ елі эссе

  20. мал базар шымкент, олх шымкент электро мастер мск, мастер
    участка обязанности сүйеді екем поэзия скачать, сөз беремін поэзия текст бакр грустно дождю оригинал скачать, бакр все песни скачать

  21. алгебра 7 сынып бжб жауаптары, алгебра 7 сынып
    бжб 3 тоқсан 1 нұсқа ақ серек көк серек әні, ақ серек,
    көк серек музыка скачать педагогикалық менеджмент
    субъектері қызметінің мақсаты, педагогикалық менеджмент
    заңдылықтары жай және құрмалас сөйлем мысалдар, жай сөйлем мен құрмалас сөйлем 4 сынып слайд

  22. иық белдеуі сүйектерінің қосылыстары, адам қаңқасының құрылысы домбыра үйрену әдістемесі, домбыра үйрену мақсаты
    2114 ваз, ваз 2114 цена в казахстане ең ірі жазықтар, жазықтар атауы

  23. гексикон свечи применение, клотримазол свечи
    самый точный прогноз погоды акмолинская области,
    погода на месяц арал сырдария бассейні шу өзені қандай
    бағытта ағады, шу өзені мағынасы

  24. таңқурай зияны, өмір таңқурай болып көрінбес үшін на
    наблюдательном посту наблюдатель обеспечивается, наблюдатель обязан дәрігер мен науқас
    арасындағы сұхбат, дәрігер мен пациент арасындағы диалог
    табиғат ғажайыптары тәрбие сағаты, табиғат ғажайыптары
    шағын мәтін

  25. мұңға батып сені күнде күнде ойлай
    ойлай скачать, мұңға батып суық күнде
    қалғанда скачать старший советник
    юстиции это какое звание, старший советник юстиции прокуратура қазақстанның минералды ресурстар қоры жөнінен
    әлемдегі орны, минералдық ресурстарға мол аудандар құрылыс материалдары қоршаған ортаға, құрылыс
    материалдары слайд

  26. соңғы болып кеңес одағы батыры атағын алған, кенес одагынын батыры атагын алган культурогенез
    кратко, глоттогенез культурогенез деген не қазіргі замандағы білім беру, қазіргі замандағы білім беру және оның даму тенденциялары подслушано байконур объявления,
    квартиры байконур

  27. үзіліс кезінде кітап оқу, оқуға құштар мектеп қмж үйрену туралы мақал,
    бала оқыту туралы нақыл сөздер 23 ақпан құттықтау әкеге,
    әкеге тілек 70 жас терінің саңырауқұлақ аурулары,
    неліктен тері аурулары қауіпті екенін түсіндіріңдер

  28. санаторий коктем коронавирус, санаторий коктем алматы
    инстаграм бала ойыны дегеніміз не, ойынның бала өміріндегі маңызы слайд осоо алтын май, латифа ибрагимова хранение оружия рк статья, незаконное хранение гладкоствольного оружия рк

  29. жіктік жалғау это, окончания в казахском
    языке падежи қалыпты бала температурасы, нәрестенің қалыпты дене температурасы фора
    костанай адрес, fora kz номер телефона орталық буын, эллипс тәрізді буын

  30. письмо пятерых авторы, письмо пятерых год геоэкономика уикипедия, геоэкономика ұғымын түсіндіріңіз а
    как пишется колонна, что вы знаете о правописании гласных и согласных в корнях слов кавказ ұлты кім,
    кавказ елдері

  31. қазақ ойшылдары тіл туралы, қазақ тілі қандай
    тіл алматинское метро, метро в астане солтүстік қазақстанда өсірілетін негізгі дақыл, солтүстік қазақстан экономикалық
    ауданы гайморит уй жагдайында емдеу, гайморит белгілері балаларда

  32. желтоқсан құрбандарын еске алу
    сценарий kia алматы контакты,
    kia kz цены топырақтың ауа қасиеттері, топырақтағы судың түрлері кредит онлайн с 18 лет без отказа, кредит с 18 лет без отказа

  33. умай ипотека когда возобновят,
    отбасы банк ипотека 2022 автокликер скачать, perfect click стальной двор актау, стальной двор атырау соч
    по литературе 10 класс, соч 10 класс русский язык ответы

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir