Moskvada qasırğa: 11 ölü
Moskvada qasırğa nəticəsində 11 nəfər həlak olub, 70 adam yaralanıb. Bu barədə Moskvanın Səhiyyə Departamenti məlumat yayıb.
TASS agentliyinin verdiyi xəbərə görə, həlak olanlar güclü küləyin yıxdığı ağacların altında qalıblar, daha bir nəfər isə dayanacağın aşması nəticəsində həlak olub.
Rusiya paytaxtının bir çox küçələrində reklam qurğuları və ağacların aşması şəxsi avtomobillərin zədələnməsinə səbəb olub.
Hazırda Moskvada hava aydın olsa da, sinoptiklər axşam saatlarında qasırğanın təkrarlana biləcəyini bildirirlər.